Cənubi Koreya

Baş nazir təsdiq edildi
Parlament 63 yaşlı Çxon On Çxanı ölkənin yeni baş naziri vəzifəsinə təsdiq edib. Səsvermədə iştirak edən 177 deputatdan 164-ü onun lehinə səs verib. Çxanın baş nazir vəzifəsinə namizədliyini sentyabrın 3-də prezident Li Men Bak irəli sürmüşdü. Çxan əvvələr Seul Milli Universitetinin rektoru olub.
Məlumatı CNN verib.