9.02.2010 Ukrayna: Prezident seçkilərinin ikinci turunda Viktor Yanukoviç irəlidədir Fevralın 7-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Namizədlər Regionlar Partiyasının lideri Viktor Yanukoviç və baş nazir Yuliya Timoşenko arasında səs fərqi azalaraq 2,41 faizə düşüb. Bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasında səslərin 97,20 faizinin hesablanmasından sonra məlumat verilib. Dünən MSK dairə komissiyalarından son məlumatların elektron şəkildə qəbulunu davam etdirib. ATƏT, AŞPA, NATO Parlament Assambleyası və digər Qərb institutlarının müşahidə missiyaları Ukraynada prezident seçkilərinin ikinci turunun beynəlxalq demokratik standartlara uyğun keçirildiyini təsdiq ediblər.
9.02.2010 ƏfqanıstanƏməliyyat hazırlanır Koalisiya qüvvələri əfqan ordusu ilə birgə ölkənin cənubundakı Gilmənd vilayətində taliblərə qarşı irimiqyaslı əməliyyat keçirməyə hazırlaşır. Aksiyada 15 min hərbi qulluqçu iştirak edəcək. Əməliyyatda məqsəd taliblərin əsas məntəqələrini ələ keçirmək və bomba istehsal edilən fabrikləri məhv etməkdir. Məlumatı CNN verib
7.02.2010 ABŞ-Yaponiya münasibətləri ciddi sınaq ərəfəsindədirRəsmi Tokio baza ilə bağlı yekun cavabını hazırlayır Yaponiyanın Baş naziri Yukio Hatoyama bildirib ki, Okinavanın sakinləri ABŞ Hərbi Qüvvələrinin adada yerləşməsinə qarşıdırlar və o, yerli əhalinin mövqeyinə etinasızlıq göstərə bilməz. Y.Xahoyama vəd verib ki, hərbi bazayla bağlı yekun qərarı may ayının sonunadək qəbul edəcək. Mütəxəssislər deyirlər ki, rəsmi Tokio bazanın bağlanmasıyla bağlı qərar verərsə, Yaponiya-ABŞ münasibətlərində böhranın baş verəcəyi qaçılmaz olacaq.
7.02.2010 “Sağ qalmaq” serialının sonuncu mövsümünün nümayişinə başlanılıb Amerika kinematoqrafiyasının istehsal etdiyi və 2005-ci ildən nümayiş olunan “Sağ qalmaq” (“Lost”) serialı bütün dünyada maraqla izlənilir. Bu günədək beş mövsümdə televiziya ekranlarına çıxan filmin sonuncu, altıncı mövsümünün yayımına ABŞ-ın məşhur “ABC” kanalında start verilib. Bu barədə yerli kütləvi informasiya vasitələri məlumat yayıb. Xatırladaq ki, tez bir zamanda bütün dünyada sevilən filmin sonuncu mövsümünün birinci seriyası “Münaqişə” (“The Incident”) adı altında təqdim olunub.
7.02.2010 Pandaya çin dili öyrədiləcək Çinlilər tez-tez dünya ictimaiyyətini təəccübləndirməyi bacarırlar. Bu dəfə isə onlar ölkədə yerləşən heyvanxanalardan birində bəslənilən pandaya çin dilini öyrətmək üçün könüllü müəllim axtarırlar. Bu barədə Siçuan əyalətinin pandaları yetişdirmə və araşdırma mərkəzindən məlumat verilib. Mey Lin adlı həmin panda dünyaya gəldiyi ilk gündən Amerika Birləşmiş Ştatlarında yaşayıb və hazırlıqsız heç bir komandanı başa düşmür. Təlimçilər Mey Linə ilk olaraq volyerdən (heyvanlar və quşların saxlandığı qəfəslənmiş xüsusi meydança) çıxmağı və işarə əsasında hərəkət etməyi öyrədəcəklər.
7.02.2010 KanadaMaliyyə nazirlərinin görüşü Ölkənin şimalındakı İkalut şəhərində “böyük yeddiliyə” daxil olan ölkələrin maliyyə nazirlərinin görüşü başlayıb. Forumda iqtisadiyyatın bərpası, maliyyə təşkilatlarının fəaliyyət qaydaları və s. məsələlər müzakirə obyekti olacaq. Görüşdə həmçinin Haitinin borcları məsələsinə də baxılacaq. Məlumatı CNN verib.
7.02.2010 AlmaniyaGedən gələndən çoxdur Son 24 ildə ilk dəfə Almaniyadan köçən insanların sayı bu ölkəyə daimi yaşamağa gələnləri üstələyib. Hökumətin məruzəsindən məlum olub ki, daimi yaşayış üçün Almaniyaya 682 min insan gəlibsə, ölkədən gedənlərin sayı 738 min nəfər olub. Bildirilib ki, mühacir axını əvvəlki illərin səviyyəsində qalıb. Xəbəri Röyter agentliyi verib.
Bələdiyyələrin həyatı Yaradılması ilk dəfə ölkə Konstitusiyasında təsbit edilmiş yerli özünüidarə orqanları — bələdiyyələr artıq həyatımıza sıx daxil olmuş, cəmiyyətin demokratikləşməsi prosesində mühüm vəsiləyə çevrilmişlər. Vaxtilə ümummilli lider Heydər Əliyev bələdiyyə sisteminə mühüm əhəmiyyət verərək demişdir ki, bu orqanlar ölkəni idarə etməkdə vətəndaşlarımıza geniş imkanlar yaradır. Respublikamızın hər yerində olduğu kimi, Masallıda da bələdiyyələr əhalinin mənafeyi naminə idarəetmənin bir hissəsini öz üzərinə götürərək vəzifələrini layiqincə həyata keçirir, cəmiyyətin bütün təbəqələrinin demokratik dövlət quruculuğunda iştirakını təmin edirlər. Bu cənub rayonunda 106 bələdiyyə fəaliyyət göstərir. Öz ərazi vahidinin hüdudları daxilində özünüidarəni, yerli əhəmiyyətli məsələlərin sərbəst həllini reallaşdıran bələdiyyələrin bir çoxu etimadı doğruldur, xalq və dövlət arasında körpü olmaq etibarilə təqdirəlayiq işlər görür. Çaxırlı, Dadva, Köhnə Alvadı, Yeyənkənd, Qızılağac, Böyük Xocavar, Qızılavar bələdiyyələri yaxşı işləri ilə seçilə bilirlər. Fərəhli haldır ki, bu bələdiyyələr quruculuq işlərinin, sosial-iqtisadi inkişafın yedəyində getmir, əksinə, cəmiyyətin mühüm tərkib hissəsi kimi onun hərəkətverici mexanizmlərindən birinə çevrilirlər. Sosial problemlərin həllində yerli bələdiyyələrin xidmətləri xüsusilə böyükdür. Məsələn, Çaxırlı bələdiyyəsinin sədri Ziyafət Məmmədovla söhbətdə öyrəndik ki, 1900 nəfərlik əhali su sarıdan korluq çəkirdi. Ötən ay ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) “SNQ İnternational” təşkilatının birgə icma inkişafı proqramı çərçivəsində su layihəsi reallaşdırılıb. Quyu qazılıb, 12 metr hündürlükdə 8 tonluq çən qoyulub və 2,2 kilometrlik məsafədən buraya su vurularaq borularla 11 bulağa paylanıb. Layihə xərclərinin 8 min manatı, başqa sözlə, 38,2 faizi Çaxırlı bələdiyyəsi və yerli icma tərəfindən ödənilib. Bu kənddə növbəti layihə kənd sağlamlıq mərkəzinin Avropa standartları səviyyəsində təmiri olacaqdır. Köhnə Alvadi bələdiyyəsinə təcrübəli idarəetmə işçisi Ramiz Məmmədov rəhbərlik edir. Beş il bələdiyyə üzvü olub. Ötən ilin əvvəlindən sədrdir. Bu müddət ərzində kəndin imkanlı adamlarının köməkliyi ilə 700 metrlik yola asfalt çəkilişini, kənd qəbiristanlığının abadlaşdırılmasını, çay üzərində piyada körpüsünün tikintisini, yaşıllaşdırma işlərini həyata keçirib. Müasir poçt binasının inşası da qeyd edilə bilər. 2003-cü ilin yayından kənddə elektrik enerjisi təchizatı tam problemsiz olmuşdur. İşıq-qaz haqlarının yığılması sahəsində iş normal qurulmuşdur. Qızılağac bələdiyyəsinə Minaxanım Quliyeva sədrlik edir. 2376 hektarlıq kənd ərazisi vaxtilə payıbəlli torpaqlar kimi bölüşdürülərkən səhvlərə yol verilmişdi. Bələdiyyə sədri bu müşkülü obyektiv şəkildə həll edib. Yeni pendir sexinin istifadəyə verilməsi, Ümumdünya Səhiyyə Təşkilatının xəttilə yeni ambulatoriya tikilməsi, 3 ferma üçün bələdiyyə torpaqlarından yer ayrılması onun adı ilə bağlıdır. İcma İnkişaf Proqramı üzrə kənd yolunun qismən təmiri də qeyd edilməlidir. Qızılağac bələdiyyəsi yeni doğum evi və çörəkbişirmə sexi tikməyi də planlaşdırır. Böyük Xocavarda kəndarası yollara çınqıl səpilib. Kəndin 1-ci girişində asfalt çəkilişinə hazırlıq gedir. Mədəniyyət evinin damı təmir edilib, artezian quyusu bərpa olunub. Tez-tez əhali ilə görüşlər keçirilir, mövcud problemlər müzakirə olunur. Hazırda Masallı-Göytəpə yolunda yaşıllaşdırma işləri aparılır. Yeyənkənd, Dadva və Qızılavar bələdiyyələri də camaatın nüfuzunu qazanmış özünüidarə orqanlarıdır. Yol, su, işıq və digər sosial məsələlər bu bələdiyyələrin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Ehtiyacı olan sakinlərə həssas münasibət bəslənilir, kasıb ailələrdən köməklik əsirgənmir. Yeyənkəndin giriş qapısı bələdiyyənin vəsaiti hesabına düzəldilib. Məktəblərin qızdırılması üçün oduncaq alınıb gətirilməsi də bu bələdiyyələrin xəttilə reallaşdırılır. Masallı rayonunda yerli özünüidarə orqanlarının təşkilatlanması sahəsində də işlər görülür. Bələdiyyələrin işini səmərəli təşkil etmək və onların birgə fəaliyyətini əlaqələndirmək məqsədilə “Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən Masallı bələdiyyələrinin 7 nəfərlik koordinasiya şurası yaradılıb. Ramiz Məmmədov şuraya sədr seçilib. Bu qurum bələdiyyələrin bir-biri ilə, dövlət və ictimai təşkilatlarla əlaqələrinin möhkəmlənməsinə kömək edəcək, hüquqi maarifləndirmə işini gücləndirəcəkdir. Əli ƏLİYEV, “Xalq qəzeti”nin bölgə müxbiri
9.02.2010 Parisdə keçirilmiş seminarda Cənubi Qafqazda Azərbaycanın lider dövlət kimi rolu xüsusi qeyd olunmuşdurAzərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyindən bildirmişlər ki, Parisdə Azad Mədəniyyət Assosiasiyasında “Qafqazın müxtəlifliyi” mövzusunda seminar keçirilmişdir. Bu mövzuda paytaxtın məşhur “Harmattan” nəşriyyatının bölmə direktoru, Birləşmirş Millətlər Təşkilatının İran və Efiopiya üzrə eksperti, Fransa-Ukrayna Assosiasiyasının və Kiyev klubunun sədri Mişel Malerb çıxış etmişdir. Məruzəçi çıxışının əvvəlində Qafqazın etnik tərkibi, dilləri və dinləri, həmçinin siyasi və iqtisadi vəziyyəti barədə məlumat vermişdir.
9.02.2010 Hüquq-mühafizə orqanlarının səmərəli əməkdaşlığı dövlətlərimiz arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayırAzərbaycanın və Norveçin hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq dövlətlərimizin əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu sözləri fevralın 8-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Norveçin ədliyyə və polis naziri Knut Storbergetlə görüşdə söyləmişdir. O.Əsədov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dövlətlər, eləcə də Norveç Krallığı ilə əlaqələr qurmuşdur.
9.02.2010 Zəngilan Rayon İcra Hakimiyyəti ötən ilə yekun vurmuşdur Zəngilan Rayon İcra Hakimiyyətinin ötən ilin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qərargahına toplaşan yığıncaq iştirakçıları əvvəlcə ulu öndərimiz Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzmüş, ümummilli liderin xatirəsini ehtiramla yad etmişlər. Rayon icra hakimiyyətinin başçısı Vəli Quliyev hesabat məruzəsində bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi
9.02.2010 “Almalı” mağazalar şəbəkəsinin kapitalı 2 dəfə artırılacaq Bu günlərdə “Almalı” mağazalar şəbəkəsinin operatoru olan ADA Şirkətlər Qrupunun mərkəzi ofisində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) nümayəndələrinin -Akbar Husain, Yazqan Müsənnif, Emre Saracoğlu və başqaları, həmçinin şirkətin menecerlərinin (struktur rəhbərlərinin) iştirakı ilə Direktorlar Şurasının geniş tərkibli iclası keçirilmişdir. İclasda ötən ilin yekunları, qrupun dördillik inkişaf proqramı, Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, dünyada baş verən maliyyə böhranı ilə əlaqədar “Almalı” mağazalar şəbəkəsində yaranmış cari problemlərin həlli kimi məsələlər müzakirə olunmuşdur.
7.02.2010 Sergey NARIŞKİN: Rusiya və Azərbaycan həmişə bir yerdə olacaqdırRusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin AzərTAc-ın müxbirinə məxsusi müsahibəsində demişdir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi vardır: “Münasibətlərimizin indiki səviyyəsi baxımından ikitərəfli münasibətləri çox müsbət qiymətləndirirəm və onların gələcək inkişafına nikbinliklə baxıram. Biz bir-birimizə lazımıq və əməkdaşlıqda maraqlıyıq. Əslində, bütün ikitərəfli, çoxtərəfli və beynəlxalq problemlərlə bağlı ümumi anlayışımız vardır.
İdman
9.02.2010 Rəqiblərimiz bəlli oldu Ötən gün Polşanın paytaxtı Varşava şəhərində Avro — 2012-nin seçmə qrup oyunlarının püşkatma mərasimi keçirildi. Bununla da milli komandamızın rəqibləri məlum oldu. Əvvəlcədən Azərbaycan millisinin 6 komandalı qrupda yer alacağı məlum idi. Ümumiyyətlə, mərasimə böyük maraq var idi. Belə ki, UEFA prezidenti Mişel Platini, FİFA prezidenti Zepp Blatter də püşkatma mərasimində iştirak edirdilər. Hətta Polşanın Baş naziri Donald Tusk da tədbirə təşrif buyurmuşdu.
7.02.2010 “Avro 2012”-nin püşkatma mərasimi keçiriləcək Bu gün Polşanın paytaxtı Varşavada keçiriləcək futbol üzrə 2012-ci Avropa çempionatının seçmə qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 15.00-da başlanacaq. Qeyd edək ki, püşkatma zamanı Avropanın 51 yığma komandası 6 səbətdə yer alacaq. İlk beş səbətdə 9, sonuncu səbətdə isə 6 milli komanda olacaq. Azərbaycan milli komandası sonuncu səbətdə yer alacaq.
5.02.2010 “Barselona” ən bahalı klubdur İspaniyanın “Barselona” futbol klubu dünyanın ən bahalı komandası seçilib. Bu Almaniyanın nüfuzlu internet portalı olan Transmarket.de saytının apardığı tədqiqatlardan sonra məlum olub. Belə ki, hazırda Kataloniya klubunda çıxış edən oyunçuların ümumi transfer qiyməti 514 milyon avro təşkil edir. Saytın tərtib etdiyi ən varlı klubların siyahısında ikinci yeri digər ispan klubu, “Barselona”nın əbədi rəqibi, Madrid “Real”ı tutur. Bu ispan nəhənginin varidatı 473,5 milyon avro həcmində qiymətləndirilir.