9.02.2010 Ukrayna: Prezident seçkilərinin ikinci turunda Viktor Yanukoviç irəlidədir Fevralın 7-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Namizədlər Regionlar Partiyasının lideri Viktor Yanukoviç və baş nazir Yuliya Timoşenko arasında səs fərqi azalaraq 2,41 faizə düşüb. Bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasında səslərin 97,20 faizinin hesablanmasından sonra məlumat verilib. Dünən MSK dairə komissiyalarından son məlumatların elektron şəkildə qəbulunu davam etdirib. ATƏT, AŞPA, NATO Parlament Assambleyası və digər Qərb institutlarının müşahidə missiyaları Ukraynada prezident seçkilərinin ikinci turunun beynəlxalq demokratik standartlara uyğun keçirildiyini təsdiq ediblər.
9.02.2010 ƏfqanıstanƏməliyyat hazırlanır Koalisiya qüvvələri əfqan ordusu ilə birgə ölkənin cənubundakı Gilmənd vilayətində taliblərə qarşı irimiqyaslı əməliyyat keçirməyə hazırlaşır. Aksiyada 15 min hərbi qulluqçu iştirak edəcək. Əməliyyatda məqsəd taliblərin əsas məntəqələrini ələ keçirmək və bomba istehsal edilən fabrikləri məhv etməkdir. Məlumatı CNN verib
7.02.2010 ABŞ-Yaponiya münasibətləri ciddi sınaq ərəfəsindədirRəsmi Tokio baza ilə bağlı yekun cavabını hazırlayır Yaponiyanın Baş naziri Yukio Hatoyama bildirib ki, Okinavanın sakinləri ABŞ Hərbi Qüvvələrinin adada yerləşməsinə qarşıdırlar və o, yerli əhalinin mövqeyinə etinasızlıq göstərə bilməz. Y.Xahoyama vəd verib ki, hərbi bazayla bağlı yekun qərarı may ayının sonunadək qəbul edəcək. Mütəxəssislər deyirlər ki, rəsmi Tokio bazanın bağlanmasıyla bağlı qərar verərsə, Yaponiya-ABŞ münasibətlərində böhranın baş verəcəyi qaçılmaz olacaq.
7.02.2010 “Sağ qalmaq” serialının sonuncu mövsümünün nümayişinə başlanılıb Amerika kinematoqrafiyasının istehsal etdiyi və 2005-ci ildən nümayiş olunan “Sağ qalmaq” (“Lost”) serialı bütün dünyada maraqla izlənilir. Bu günədək beş mövsümdə televiziya ekranlarına çıxan filmin sonuncu, altıncı mövsümünün yayımına ABŞ-ın məşhur “ABC” kanalında start verilib. Bu barədə yerli kütləvi informasiya vasitələri məlumat yayıb. Xatırladaq ki, tez bir zamanda bütün dünyada sevilən filmin sonuncu mövsümünün birinci seriyası “Münaqişə” (“The Incident”) adı altında təqdim olunub.
7.02.2010 Pandaya çin dili öyrədiləcək Çinlilər tez-tez dünya ictimaiyyətini təəccübləndirməyi bacarırlar. Bu dəfə isə onlar ölkədə yerləşən heyvanxanalardan birində bəslənilən pandaya çin dilini öyrətmək üçün könüllü müəllim axtarırlar. Bu barədə Siçuan əyalətinin pandaları yetişdirmə və araşdırma mərkəzindən məlumat verilib. Mey Lin adlı həmin panda dünyaya gəldiyi ilk gündən Amerika Birləşmiş Ştatlarında yaşayıb və hazırlıqsız heç bir komandanı başa düşmür. Təlimçilər Mey Linə ilk olaraq volyerdən (heyvanlar və quşların saxlandığı qəfəslənmiş xüsusi meydança) çıxmağı və işarə əsasında hərəkət etməyi öyrədəcəklər.
7.02.2010 KanadaMaliyyə nazirlərinin görüşü Ölkənin şimalındakı İkalut şəhərində “böyük yeddiliyə” daxil olan ölkələrin maliyyə nazirlərinin görüşü başlayıb. Forumda iqtisadiyyatın bərpası, maliyyə təşkilatlarının fəaliyyət qaydaları və s. məsələlər müzakirə obyekti olacaq. Görüşdə həmçinin Haitinin borcları məsələsinə də baxılacaq. Məlumatı CNN verib.
7.02.2010 AlmaniyaGedən gələndən çoxdur Son 24 ildə ilk dəfə Almaniyadan köçən insanların sayı bu ölkəyə daimi yaşamağa gələnləri üstələyib. Hökumətin məruzəsindən məlum olub ki, daimi yaşayış üçün Almaniyaya 682 min insan gəlibsə, ölkədən gedənlərin sayı 738 min nəfər olub. Bildirilib ki, mühacir axını əvvəlki illərin səviyyəsində qalıb. Xəbəri Röyter agentliyi verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çexiya Respublikası Parlamenti Senatının sədri Prşemısl Sobotkanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Çexiya Parlamenti Senatının sədrinin böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin önəmini qeyd edən Prezident İlham Əliyev ölkəmizlə Çexiya Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirdi. Dövlətimizin başçısı bu məsələlərin Çexiya Prezidenti və Baş naziri ilə keçirdiyi görüşlər zamanı da müzakirə olunduğunu dedi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin geniş sahələri əhatə etdiyini vurğulayaraq, eyni zamanda “Şərq tərəfdaşlığı” Proqramında ölkəmizin iştirakının əhəmiyyətini də qeyd etdi. Dövlətimizin başçısı Çexiya Respublikası Parlamenti Senatının sədrinin səfəri zamanı həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına dair məsələlərlə bağlı məhsuldar müzakirələrin keçiriləcəyinə əmin olduğunu bildirdi. Prşemısl Sobotka Azərbaycanın Çexiya üçün strateji tərəfdaş ölkə olduğunu vurğuladı. O, Çexiyanın region ölkələri ilə əlaqələrinin inkişafında Azərbaycanın mühüm rolunu qeyd etdi. Ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa maraqlı olduğunu deyən qonaq, ikitərəfli münasibətlərimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirdi. AzərTAc
9.02.2010 Parisdə keçirilmiş seminarda Cənubi Qafqazda Azərbaycanın lider dövlət kimi rolu xüsusi qeyd olunmuşdurAzərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyindən bildirmişlər ki, Parisdə Azad Mədəniyyət Assosiasiyasında “Qafqazın müxtəlifliyi” mövzusunda seminar keçirilmişdir. Bu mövzuda paytaxtın məşhur “Harmattan” nəşriyyatının bölmə direktoru, Birləşmirş Millətlər Təşkilatının İran və Efiopiya üzrə eksperti, Fransa-Ukrayna Assosiasiyasının və Kiyev klubunun sədri Mişel Malerb çıxış etmişdir. Məruzəçi çıxışının əvvəlində Qafqazın etnik tərkibi, dilləri və dinləri, həmçinin siyasi və iqtisadi vəziyyəti barədə məlumat vermişdir.
9.02.2010 Hüquq-mühafizə orqanlarının səmərəli əməkdaşlığı dövlətlərimiz arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayırAzərbaycanın və Norveçin hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq dövlətlərimizin əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu sözləri fevralın 8-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Norveçin ədliyyə və polis naziri Knut Storbergetlə görüşdə söyləmişdir. O.Əsədov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dövlətlər, eləcə də Norveç Krallığı ilə əlaqələr qurmuşdur.
9.02.2010 Zəngilan Rayon İcra Hakimiyyəti ötən ilə yekun vurmuşdur Zəngilan Rayon İcra Hakimiyyətinin ötən ilin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qərargahına toplaşan yığıncaq iştirakçıları əvvəlcə ulu öndərimiz Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzmüş, ümummilli liderin xatirəsini ehtiramla yad etmişlər. Rayon icra hakimiyyətinin başçısı Vəli Quliyev hesabat məruzəsində bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi
9.02.2010 “Almalı” mağazalar şəbəkəsinin kapitalı 2 dəfə artırılacaq Bu günlərdə “Almalı” mağazalar şəbəkəsinin operatoru olan ADA Şirkətlər Qrupunun mərkəzi ofisində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) nümayəndələrinin -Akbar Husain, Yazqan Müsənnif, Emre Saracoğlu və başqaları, həmçinin şirkətin menecerlərinin (struktur rəhbərlərinin) iştirakı ilə Direktorlar Şurasının geniş tərkibli iclası keçirilmişdir. İclasda ötən ilin yekunları, qrupun dördillik inkişaf proqramı, Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, dünyada baş verən maliyyə böhranı ilə əlaqədar “Almalı” mağazalar şəbəkəsində yaranmış cari problemlərin həlli kimi məsələlər müzakirə olunmuşdur.
7.02.2010 Sergey NARIŞKİN: Rusiya və Azərbaycan həmişə bir yerdə olacaqdırRusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin AzərTAc-ın müxbirinə məxsusi müsahibəsində demişdir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi vardır: “Münasibətlərimizin indiki səviyyəsi baxımından ikitərəfli münasibətləri çox müsbət qiymətləndirirəm və onların gələcək inkişafına nikbinliklə baxıram. Biz bir-birimizə lazımıq və əməkdaşlıqda maraqlıyıq. Əslində, bütün ikitərəfli, çoxtərəfli və beynəlxalq problemlərlə bağlı ümumi anlayışımız vardır.
İdman
9.02.2010 Rəqiblərimiz bəlli oldu Ötən gün Polşanın paytaxtı Varşava şəhərində Avro — 2012-nin seçmə qrup oyunlarının püşkatma mərasimi keçirildi. Bununla da milli komandamızın rəqibləri məlum oldu. Əvvəlcədən Azərbaycan millisinin 6 komandalı qrupda yer alacağı məlum idi. Ümumiyyətlə, mərasimə böyük maraq var idi. Belə ki, UEFA prezidenti Mişel Platini, FİFA prezidenti Zepp Blatter də püşkatma mərasimində iştirak edirdilər. Hətta Polşanın Baş naziri Donald Tusk da tədbirə təşrif buyurmuşdu.
7.02.2010 “Avro 2012”-nin püşkatma mərasimi keçiriləcək Bu gün Polşanın paytaxtı Varşavada keçiriləcək futbol üzrə 2012-ci Avropa çempionatının seçmə qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 15.00-da başlanacaq. Qeyd edək ki, püşkatma zamanı Avropanın 51 yığma komandası 6 səbətdə yer alacaq. İlk beş səbətdə 9, sonuncu səbətdə isə 6 milli komanda olacaq. Azərbaycan milli komandası sonuncu səbətdə yer alacaq.
5.02.2010 “Barselona” ən bahalı klubdur İspaniyanın “Barselona” futbol klubu dünyanın ən bahalı komandası seçilib. Bu Almaniyanın nüfuzlu internet portalı olan Transmarket.de saytının apardığı tədqiqatlardan sonra məlum olub. Belə ki, hazırda Kataloniya klubunda çıxış edən oyunçuların ümumi transfer qiyməti 514 milyon avro təşkil edir. Saytın tərtib etdiyi ən varlı klubların siyahısında ikinci yeri digər ispan klubu, “Barselona”nın əbədi rəqibi, Madrid “Real”ı tutur. Bu ispan nəhənginin varidatı 473,5 milyon avro həcmində qiymətləndirilir.