» English version» Русская версия www.heydar-aliyev.orgwww.president.az
» Prezident İlham Əliyev xalq artisti Əlibaba Məmmədova “İstiqlal” ordenini təqdim etmişdir        » Ukrayna: Prezident seçkilərinin ikinci turunda Viktor Yanukoviç irəlidədir        » Əfqanıstan        
  Ana səhifə

  Fərmanlar

  Sərəncamlar

  Qanunlar

  Rəsmi məktublar

  Rəsmi xronika

  Siyasət

  İqtisadiyyat

  Sosial həyat

  Mədəniyyət

  Təhsil

  Səhiyyə

  Müsahibə

  Dünya xəbərləri

  Ölkə xəbərləri

  İdman

  Əlavə məlumat

  Reklamlar və elanlar

Axtarış sistemi

  

 Dünya xəbərləri

9.02.2010
Ukrayna: Prezident seçkilərinin ikinci turunda Viktor Yanukoviç irəlidədir


Fevralın 7-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Namizədlər Regionlar Partiyasının lideri Viktor Yanukoviç və baş nazir Yuliya Timoşenko arasında səs fərqi azalaraq 2,41 faizə düşüb. Bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasında səslərin 97,20 faizinin hesablanmasından sonra məlumat verilib.
Dünən MSK dairə komissiyalarından son məlumatların elektron şəkildə qəbulunu davam etdirib. ATƏT, AŞPA, NATO Parlament Assambleyası və digər Qərb institutlarının müşahidə missiyaları Ukraynada prezident seçkilərinin ikinci turunun beynəlxalq demokratik standartlara uyğun keçirildiyini təsdiq ediblər.

9.02.2010
Əfqanıstan

Əməliyyat hazırlanır

Koalisiya qüvvələri əfqan ordusu ilə birgə ölkənin cənubundakı Gilmənd vilayətində taliblərə qarşı irimiqyaslı əməliyyat keçirməyə hazırlaşır. Aksiyada 15 min hərbi qulluqçu iştirak edəcək. Əməliyyatda məqsəd taliblərin əsas məntəqələrini ələ keçirmək və bomba istehsal edilən fabrikləri məhv etməkdir.
Məlumatı CNN verib

7.02.2010
ABŞ-Yaponiya münasibətləri ciddi sınaq ərəfəsindədir

Rəsmi Tokio baza ilə bağlı yekun cavabını hazırlayır

Yaponiyanın Baş naziri Yukio Hatoyama bildirib ki, Okinavanın sakinləri ABŞ Hərbi Qüvvələrinin adada yerləşməsinə qarşıdırlar və o, yerli əhalinin mövqeyinə etinasızlıq göstərə bilməz. Y.Xahoyama vəd verib ki, hərbi bazayla bağlı yekun qərarı may ayının sonunadək qəbul edəcək. Mütəxəssislər deyirlər ki, rəsmi Tokio bazanın bağlanmasıyla bağlı qərar verərsə, Yaponiya-ABŞ münasibətlərində böhranın baş verəcəyi qaçılmaz olacaq.

7.02.2010
“Sağ qalmaq” serialının sonuncu mövsümünün nümayişinə başlanılıb


Amerika kinematoqrafiyasının istehsal etdiyi və 2005-ci ildən nümayiş olunan “Sağ qalmaq” (“Lost”) serialı bütün dünyada maraqla izlənilir. Bu günədək beş mövsümdə televiziya ekranlarına çıxan filmin sonuncu, altıncı mövsümünün yayımına ABŞ-ın məşhur “ABC” kanalında start verilib. Bu barədə yerli kütləvi informasiya vasitələri məlumat yayıb.
Xatırladaq ki, tez bir zamanda bütün dünyada sevilən filmin sonuncu mövsümünün birinci seriyası “Münaqişə” (“The Incident”) adı altında təqdim olunub.

7.02.2010
Pandaya çin dili öyrədiləcək


Çinlilər tez-tez dünya ictimaiyyətini təəccübləndirməyi bacarırlar. Bu dəfə isə onlar ölkədə yerləşən heyvanxanalardan birində bəslənilən pandaya çin dilini öyrətmək üçün könüllü müəllim axtarırlar. Bu barədə Siçuan əyalətinin pandaları yetişdirmə və araşdırma mərkəzindən məlumat verilib. Mey Lin adlı həmin panda dünyaya gəldiyi ilk gündən Amerika Birləşmiş Ştatlarında yaşayıb və hazırlıqsız heç bir komandanı başa düşmür.
Təlimçilər Mey Linə ilk olaraq volyerdən (heyvanlar və quşların saxlandığı qəfəslənmiş xüsusi meydança) çıxmağı və işarə əsasında hərəkət etməyi öyrədəcəklər.

7.02.2010
Kanada

Maliyyə nazirlərinin görüşü

Ölkənin şimalındakı İkalut şəhərində “böyük yeddiliyə” daxil olan ölkələrin maliyyə nazirlərinin görüşü başlayıb. Forumda iqtisadiyyatın bərpası, maliyyə təşkilatlarının fəaliyyət qaydaları və s. məsələlər müzakirə obyekti olacaq. Görüşdə həmçinin Haitinin borcları məsələsinə də baxılacaq.
Məlumatı CNN verib.

7.02.2010
Almaniya

Gedən gələndən çoxdur

Son 24 ildə ilk dəfə Almaniyadan köçən insanların sayı bu ölkəyə daimi yaşamağa gələnləri üstələyib. Hökumətin məruzəsindən məlum olub ki, daimi yaşayış üçün Almaniyaya 682 min insan gəlibsə, ölkədən gedənlərin sayı 738 min nəfər olub. Bildirilib ki, mühacir axını əvvəlki illərin səviyyəsində qalıb.
Xəbəri Röyter agentliyi verib.

12.09.2009
Həbsxanadan qeyri-adi qaçış
Fransanın Burqundiya vilayətindəki həbsxanalardan birində qeyri-adi hadisə baş verib. Belə ki, ölkənin ən tanınmış qatillərindən biri olan Jan-Pyer Treberə adi qutuda təcridxanadan qaçmaq müyəssər olub. Hökumət artıq ikinci gündür ki, cinayətkarın axtarışını davam etdirir. İki dəhşətli ölüm hadisəsində günahlandırılan 45 yaşlı qatil təmizlik işləri üçün nəzərdə tutulmuş qutulardan birində gizlənib və daşıma xidmətinə məxsus yük maşını tezliklə həmin qutunu türmənin ərazisindən uzaqlaşdırıb. “The Times”in məlumatına görə, nəzarətçilər hadisədən yeddi saat keçəndən sonra faktı etiraf ediblər.
Tutulanadək J. P. Treber yeger vəzifəsində çalışıb. Bu səbəbdən polislər qatilin beş barmağı kimi tanıdığı meşədə gizləndiyini ehtimal edirlər. Bildirilib ki, o, heyvan ovlayaraq, müxtəlif bitkilər toplayıb bir neçə həftə meşədə yaşaya bilər.
Hazırda yüzlərlə polis Burqundiya meşə massivində axtarışlara başlayıb. Fransanın ədliyyə naziri Mişel Alo-Mari də hadisə yerində olub. Bununla belə, hökumət orqanları cinayətkarın hər hansı vasitə ilə Burqundiya sərhədlərindən kənara çıxdığını da ehtimal edirlər.
Həbsxananın əməkdaşları artıq diqqətsizlikdə günahlandırılıblar. Britaniya qəzetlərindən biri həmin səhər Fransanın bir başqa təcridxanasında da eyni tipli analoji hadisənin baş verdiyi xəbərini yayıb.
Bəzi mənbələr həbsxana əməkdaşlarının özlərinin Treberin belə asanlıqla qaçmasına şərait yaratdıqlarını iddia edirlər. Belə ki, yük maşınının sürücüsü qapıların açıq və qutuların dağınıq vəziyyətdə olduğunu görüb, lakin bu barədə mühafizəçilərə heç nə deməyib. Həmçinin həbsxana işçiləri qatilin nahar vaxtı yerində olmamasını bilib, Treberin kamera yoldaşının onun sorğuda olduğunu deməsindən sonra heç bir tədbir görməyiblər.
Qeyd edək ki, Jan-Pyer Treber gələn il məhkəmə qarşısına çıxmalı idi. O, 2004-cü ildə tanınmış aktyor Roland Jironun qızı 36 yaşlı Jeraldin Jironu və onun rəfiqəsi 32 yaşlı Katya Lerbyeni qətlə yetirməkdə günahkar bilinir. Onların yandırılmış cəsədləri qatilin evinin yaxınlığındakı quyuda tapılıb.

Samirə QULİYEVA

Çap versiyası

Geri qayıtmaq

 Ölkə xəbərləri

9.02.2010
Parisdə keçirilmiş seminarda Cənubi Qafqazda Azərbaycanın lider dövlət kimi rolu xüsusi qeyd olunmuşdur

Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyindən bildirmişlər ki, Parisdə Azad Mədəniyyət Assosiasiyasında “Qafqazın müxtəlifliyi” mövzusunda seminar keçirilmişdir. Bu mövzuda paytaxtın məşhur “Harmattan” nəşriyyatının bölmə direktoru, Birləşmirş Millətlər Təşkilatının İran və Efiopiya üzrə eksperti, Fransa-Ukrayna Assosiasiyasının və Kiyev klubunun sədri Mişel Malerb çıxış etmişdir.
Məruzəçi çıxışının əvvəlində Qafqazın etnik tərkibi, dilləri və dinləri, həmçinin siyasi və iqtisadi vəziyyəti barədə məlumat vermişdir.

9.02.2010
Hüquq-mühafizə orqanlarının səmərəli əməkdaşlığı dövlətlərimiz arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayır

Azərbaycanın və Norveçin hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq dövlətlərimizin əlaqələrinin inkişafında mühüm rol oynayır.
Bu sözləri fevralın 8-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Norveçin ədliyyə və polis naziri Knut Storbergetlə görüşdə söyləmişdir.
O.Əsədov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dövlətlər, eləcə də Norveç Krallığı ilə əlaqələr qurmuşdur.

9.02.2010
Zəngilan Rayon İcra Hakimiyyəti ötən ilə yekun vurmuşdur


Zəngilan Rayon İcra Hakimiyyətinin ötən ilin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qərargahına toplaşan yığıncaq iştirakçıları əvvəlcə ulu öndərimiz Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzmüş, ümummilli liderin xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Vəli Quliyev hesabat məruzəsində bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi

9.02.2010
“Almalı” mağazalar şəbəkəsinin kapitalı 2 dəfə artırılacaq


Bu günlərdə “Almalı” mağazalar şəbəkəsinin operatoru olan ADA Şirkətlər Qrupunun mərkəzi ofisində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) nümayəndələrinin -Akbar Husain, Yazqan Müsənnif, Emre Saracoğlu və başqaları, həmçinin şirkətin menecerlərinin (struktur rəhbərlərinin) iştirakı ilə Direktorlar Şurasının geniş tərkibli iclası keçirilmişdir.
İclasda ötən ilin yekunları, qrupun dördillik inkişaf proqramı, Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, dünyada baş verən maliyyə böhranı ilə əlaqədar “Almalı” mağazalar şəbəkəsində yaranmış cari problemlərin həlli kimi məsələlər müzakirə olunmuşdur.

7.02.2010
Sergey NARIŞKİN: Rusiya və Azərbaycan həmişə bir yerdə olacaqdır

Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin AzərTAc-ın müxbirinə məxsusi müsahibəsində demişdir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi vardır: “Münasibətlərimizin indiki səviyyəsi baxımından ikitərəfli münasibətləri çox müsbət qiymətləndirirəm və onların gələcək inkişafına nikbinliklə baxıram.
Biz bir-birimizə lazımıq və əməkdaşlıqda maraqlıyıq. Əslində, bütün ikitərəfli, çoxtərəfli və beynəlxalq problemlərlə bağlı ümumi anlayışımız vardır.

 İdman

9.02.2010
Rəqiblərimiz bəlli oldu


Ötən gün Polşanın paytaxtı Varşava şəhərində Avro — 2012-nin seçmə qrup oyunlarının püşkatma mərasimi keçirildi. Bununla da milli komandamızın rəqibləri məlum oldu. Əvvəlcədən Azərbaycan millisinin 6 komandalı qrupda yer alacağı məlum idi.
Ümumiyyətlə, mərasimə böyük maraq var idi. Belə ki, UEFA prezidenti Mişel Platini, FİFA prezidenti Zepp Blatter də püşkatma mərasimində iştirak edirdilər. Hətta Polşanın Baş naziri Donald Tusk da tədbirə təşrif buyurmuşdu.

7.02.2010
“Avro 2012”-nin püşkatma mərasimi keçiriləcək


Bu gün Polşanın paytaxtı Varşavada keçiriləcək futbol üzrə 2012-ci Avropa çempionatının seçmə qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Mərasim Bakı vaxtı ilə saat 15.00-da başlanacaq. Qeyd edək ki, püşkatma zamanı Avropanın 51 yığma komandası 6 səbətdə yer alacaq. İlk beş səbətdə 9, sonuncu səbətdə isə 6 milli komanda olacaq. Azərbaycan milli komandası sonuncu səbətdə yer alacaq.

5.02.2010
“Barselona” ən bahalı klubdur


İspaniyanın “Barselona” futbol klubu dünyanın ən bahalı komandası seçilib. Bu Almaniyanın nüfuzlu internet portalı olan Transmarket.de saytının apardığı tədqiqatlardan sonra məlum olub. Belə ki, hazırda Kataloniya klubunda çıxış edən oyunçuların ümumi transfer qiyməti 514 milyon avro təşkil edir.
Saytın tərtib etdiyi ən varlı klubların siyahısında ikinci yeri digər ispan klubu, “Barselona”nın əbədi rəqibi, Madrid “Real”ı tutur. Bu ispan nəhənginin varidatı 473,5 milyon avro həcmində qiymətləndirilir.

2005-2006 ©
Copyright by Khalg Gazeti
Design by NUR D Company
Powered by Istihost Company