9.02.2010 Ukrayna: Prezident seçkilərinin ikinci turunda Viktor Yanukoviç irəlidədir Fevralın 7-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Namizədlər Regionlar Partiyasının lideri Viktor Yanukoviç və baş nazir Yuliya Timoşenko arasında səs fərqi azalaraq 2,41 faizə düşüb. Bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasında səslərin 97,20 faizinin hesablanmasından sonra məlumat verilib. Dünən MSK dairə komissiyalarından son məlumatların elektron şəkildə qəbulunu davam etdirib. ATƏT, AŞPA, NATO Parlament Assambleyası və digər Qərb institutlarının müşahidə missiyaları Ukraynada prezident seçkilərinin ikinci turunun beynəlxalq demokratik standartlara uyğun keçirildiyini təsdiq ediblər.
9.02.2010 ƏfqanıstanƏməliyyat hazırlanır Koalisiya qüvvələri əfqan ordusu ilə birgə ölkənin cənubundakı Gilmənd vilayətində taliblərə qarşı irimiqyaslı əməliyyat keçirməyə hazırlaşır. Aksiyada 15 min hərbi qulluqçu iştirak edəcək. Əməliyyatda məqsəd taliblərin əsas məntəqələrini ələ keçirmək və bomba istehsal edilən fabrikləri məhv etməkdir. Məlumatı CNN verib
7.02.2010 ABŞ-Yaponiya münasibətləri ciddi sınaq ərəfəsindədirRəsmi Tokio baza ilə bağlı yekun cavabını hazırlayır Yaponiyanın Baş naziri Yukio Hatoyama bildirib ki, Okinavanın sakinləri ABŞ Hərbi Qüvvələrinin adada yerləşməsinə qarşıdırlar və o, yerli əhalinin mövqeyinə etinasızlıq göstərə bilməz. Y.Xahoyama vəd verib ki, hərbi bazayla bağlı yekun qərarı may ayının sonunadək qəbul edəcək. Mütəxəssislər deyirlər ki, rəsmi Tokio bazanın bağlanmasıyla bağlı qərar verərsə, Yaponiya-ABŞ münasibətlərində böhranın baş verəcəyi qaçılmaz olacaq.
7.02.2010 “Sağ qalmaq” serialının sonuncu mövsümünün nümayişinə başlanılıb Amerika kinematoqrafiyasının istehsal etdiyi və 2005-ci ildən nümayiş olunan “Sağ qalmaq” (“Lost”) serialı bütün dünyada maraqla izlənilir. Bu günədək beş mövsümdə televiziya ekranlarına çıxan filmin sonuncu, altıncı mövsümünün yayımına ABŞ-ın məşhur “ABC” kanalında start verilib. Bu barədə yerli kütləvi informasiya vasitələri məlumat yayıb. Xatırladaq ki, tez bir zamanda bütün dünyada sevilən filmin sonuncu mövsümünün birinci seriyası “Münaqişə” (“The Incident”) adı altında təqdim olunub.
7.02.2010 Pandaya çin dili öyrədiləcək Çinlilər tez-tez dünya ictimaiyyətini təəccübləndirməyi bacarırlar. Bu dəfə isə onlar ölkədə yerləşən heyvanxanalardan birində bəslənilən pandaya çin dilini öyrətmək üçün könüllü müəllim axtarırlar. Bu barədə Siçuan əyalətinin pandaları yetişdirmə və araşdırma mərkəzindən məlumat verilib. Mey Lin adlı həmin panda dünyaya gəldiyi ilk gündən Amerika Birləşmiş Ştatlarında yaşayıb və hazırlıqsız heç bir komandanı başa düşmür. Təlimçilər Mey Linə ilk olaraq volyerdən (heyvanlar və quşların saxlandığı qəfəslənmiş xüsusi meydança) çıxmağı və işarə əsasında hərəkət etməyi öyrədəcəklər.
7.02.2010 KanadaMaliyyə nazirlərinin görüşü Ölkənin şimalındakı İkalut şəhərində “böyük yeddiliyə” daxil olan ölkələrin maliyyə nazirlərinin görüşü başlayıb. Forumda iqtisadiyyatın bərpası, maliyyə təşkilatlarının fəaliyyət qaydaları və s. məsələlər müzakirə obyekti olacaq. Görüşdə həmçinin Haitinin borcları məsələsinə də baxılacaq. Məlumatı CNN verib.
7.02.2010 AlmaniyaGedən gələndən çoxdur Son 24 ildə ilk dəfə Almaniyadan köçən insanların sayı bu ölkəyə daimi yaşamağa gələnləri üstələyib. Hökumətin məruzəsindən məlum olub ki, daimi yaşayış üçün Almaniyaya 682 min insan gəlibsə, ölkədən gedənlərin sayı 738 min nəfər olub. Bildirilib ki, mühacir axını əvvəlki illərin səviyyəsində qalıb. Xəbəri Röyter agentliyi verib.
Bunu bütün ölkə etiraf edir 2009-cu ildə Ermənistanda cinayətkarlıq ötən illə müqayisədə 12-16 faiz artıb. Ölkənin Daxili İşlər Nazirliyinin mətbuata verdiyi bu açıqlamasında baş verən hadisələrin əksəriyyətinin regionların payına düşdüyü qeyd olunur. Cinayət hadisələri sırasında oğurluq və qəsdən adamöldürmə halları çoxluq təşkil edir. Daxili İşlər Nazirliyinin açıqlamasının ən maraqlı cəhəti isə cinayət törədənlərin kimliyi ilə bağlıdır. Belə ki, məsuliyyətə cəlb olunanlar arasında sabiq məhbuslar və yeniyetmələr azlıq təşkil edir. Əksər cinayət əməlləri qeyri-peşəkarlar tərəfindən törədilir. Səbəb kimi ağır sosial-həyat tərzi və əhalinin sürətlə yoxsullaşmasıdır. Ermənistan kimi bir ölkədə cinayətkarlığın artmasını tamamilə normal hesab edən Ermənistan Sosialoji Araşdırmalar mərkəzinin qənaətinə görə, “son bir ildə ölkənin iqtisadi durumu xeyli ağırlaşıb”. Qlobal iqtisadi böhran onsuz da ağır vəziyyətdə yaşayan Ermənistanı tamamilə çökdürüb. Həm kənardan daxil olan birbaşa investisiyalar, həm də bu ölkəyə verilən yardımlar dəhşətli dərəcədə azalıb. Əsasən, bu gəlirlər hesabına yaşayan əhalinin vəziyyəti hakimiyyətin yeritdiyi uğursuz siyasət nəticəsində daha da pisləşib. Vətəndaşların əmək haqları qaldırılmadığı halda müxtəlif mallar, xüsusilə də ərzaq məhsulları sürətlə bahalaşır. Kommunal xərclər artırılıb. Əhaliyə göstərilən xidmətlərin sayının və keyfiyyətinin aşağı düşməsinə baxmayaraq, qiymətlər qaldırılıb. Yaxşı gələcəyə ümidlərini itirən insanlar artıq hakimiyyətə inanmırlar. Ermənistan əhalisinin 80 faizi yeganə çıxış yolunu ölkədən çıxıb getməkdə görür”. Sosioloji Araşdırmalar Mərkəzi hesab edir ki, daxili siyasətdə olduğu kimi, Ermənistanın xarici siyasət kursunda da çox ciddi səhvlərə yol verilir. Bu isə təkcə mövcud hakimiyyət üçün deyil, bütövlükdə, Ermənistan üçün fəlakətli ola bilər: “Xarici siyasət kursunda çaşqınlıq var. Ayrı-ayrı dövlətlərə münasibət konkret deyildir. İranla yaxınlaşma Birləşmiş Ştatların, Türkiyə ilə yaxınlaşma isə Rusiyanın maraqlarına ziddir. Gürcüstanla olan münasibətlər tam aydın deyil. Bütün bunlar isə ona gətirib çıxarıb ki, hətta ənənəvi müttəfiqlərimiz belə bizi lazımi səviyyədə dəstəkləmir. Əgər buraxılmış səhvlər tezliklə düzəldilməyəcəksə, onda Ermənistan böyük problemlərlə üzləşə bilər”. Ermənistan müxalifəti isə yaranmış vəziyyətə görə “Sarkisyan rejiminin” məsuliyyət daşıdığını bəyan edib: “Bu qüvvələr hakimiyyəti zorla mənimsədikdən sonra, əslində, antierməni siyasəti yeritməyə başladılar. Və nəticə məlumdur. Hazırda Ermənistan öz iqtisadi göstəricilərinə görə dünyanın ən geridə qalmış ölkələri ilə bir sırada durur. Xalq dilənçi kökündə yaşayır. Cinayətkarlıq baş alıb gedir. Hakimiyyətin verdiyi vədlər boşa çıxıb. Məhz rejimin yarıtmaz siyasəti nəticəsində Ermənistanın təklif etdiyi transmilli layihələr kağız üzərində qalıb. Hətta iş o yerə çatıb ki, Dağlıq Qarabağ məsələsində də mövqelərimizi əldən vermişik. İndi beynəlxalq birlik bizdən güzəştə getməyi tələb edir. Və rejim bu təzyiqlərə qarşı dayanmaq iqtidarında deyil”. Müxalifət qüvvələri hesab edir ki, Sarkisyanın Türkiyəyə yaxınlaşması laxlamaqda olan hakimiyyətini qorumağa xidmət edir: “Rejimə həm daxildən, həm də xaricdən ciddi təzyiqlər var. İndiki halda Dağlıq Qarabağ məsələsində azacıq belə geri çəkilmə hakimiyyətin məhvi demək olar. Elə bu səbəbdən də əvvəlcə Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışırlar”. Müxalifət liderlərinin tert.am saytına müntəzəm olaraq verdiyi açıqlamalarda Sarkisyan erməni xalqını aldatmaqda ittiham olunur.
9.02.2010 Parisdə keçirilmiş seminarda Cənubi Qafqazda Azərbaycanın lider dövlət kimi rolu xüsusi qeyd olunmuşdurAzərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyindən bildirmişlər ki, Parisdə Azad Mədəniyyət Assosiasiyasında “Qafqazın müxtəlifliyi” mövzusunda seminar keçirilmişdir. Bu mövzuda paytaxtın məşhur “Harmattan” nəşriyyatının bölmə direktoru, Birləşmirş Millətlər Təşkilatının İran və Efiopiya üzrə eksperti, Fransa-Ukrayna Assosiasiyasının və Kiyev klubunun sədri Mişel Malerb çıxış etmişdir. Məruzəçi çıxışının əvvəlində Qafqazın etnik tərkibi, dilləri və dinləri, həmçinin siyasi və iqtisadi vəziyyəti barədə məlumat vermişdir.
9.02.2010 Hüquq-mühafizə orqanlarının səmərəli əməkdaşlığı dövlətlərimiz arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayırAzərbaycanın və Norveçin hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq dövlətlərimizin əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu sözləri fevralın 8-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Norveçin ədliyyə və polis naziri Knut Storbergetlə görüşdə söyləmişdir. O.Əsədov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dövlətlər, eləcə də Norveç Krallığı ilə əlaqələr qurmuşdur.
9.02.2010 Zəngilan Rayon İcra Hakimiyyəti ötən ilə yekun vurmuşdur Zəngilan Rayon İcra Hakimiyyətinin ötən ilin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qərargahına toplaşan yığıncaq iştirakçıları əvvəlcə ulu öndərimiz Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzmüş, ümummilli liderin xatirəsini ehtiramla yad etmişlər. Rayon icra hakimiyyətinin başçısı Vəli Quliyev hesabat məruzəsində bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi
9.02.2010 “Almalı” mağazalar şəbəkəsinin kapitalı 2 dəfə artırılacaq Bu günlərdə “Almalı” mağazalar şəbəkəsinin operatoru olan ADA Şirkətlər Qrupunun mərkəzi ofisində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) nümayəndələrinin -Akbar Husain, Yazqan Müsənnif, Emre Saracoğlu və başqaları, həmçinin şirkətin menecerlərinin (struktur rəhbərlərinin) iştirakı ilə Direktorlar Şurasının geniş tərkibli iclası keçirilmişdir. İclasda ötən ilin yekunları, qrupun dördillik inkişaf proqramı, Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, dünyada baş verən maliyyə böhranı ilə əlaqədar “Almalı” mağazalar şəbəkəsində yaranmış cari problemlərin həlli kimi məsələlər müzakirə olunmuşdur.
7.02.2010 Sergey NARIŞKİN: Rusiya və Azərbaycan həmişə bir yerdə olacaqdırRusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin AzərTAc-ın müxbirinə məxsusi müsahibəsində demişdir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi vardır: “Münasibətlərimizin indiki səviyyəsi baxımından ikitərəfli münasibətləri çox müsbət qiymətləndirirəm və onların gələcək inkişafına nikbinliklə baxıram. Biz bir-birimizə lazımıq və əməkdaşlıqda maraqlıyıq. Əslində, bütün ikitərəfli, çoxtərəfli və beynəlxalq problemlərlə bağlı ümumi anlayışımız vardır.
İdman
9.02.2010 Rəqiblərimiz bəlli oldu Ötən gün Polşanın paytaxtı Varşava şəhərində Avro — 2012-nin seçmə qrup oyunlarının püşkatma mərasimi keçirildi. Bununla da milli komandamızın rəqibləri məlum oldu. Əvvəlcədən Azərbaycan millisinin 6 komandalı qrupda yer alacağı məlum idi. Ümumiyyətlə, mərasimə böyük maraq var idi. Belə ki, UEFA prezidenti Mişel Platini, FİFA prezidenti Zepp Blatter də püşkatma mərasimində iştirak edirdilər. Hətta Polşanın Baş naziri Donald Tusk da tədbirə təşrif buyurmuşdu.
7.02.2010 “Avro 2012”-nin püşkatma mərasimi keçiriləcək Bu gün Polşanın paytaxtı Varşavada keçiriləcək futbol üzrə 2012-ci Avropa çempionatının seçmə qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 15.00-da başlanacaq. Qeyd edək ki, püşkatma zamanı Avropanın 51 yığma komandası 6 səbətdə yer alacaq. İlk beş səbətdə 9, sonuncu səbətdə isə 6 milli komanda olacaq. Azərbaycan milli komandası sonuncu səbətdə yer alacaq.
5.02.2010 “Barselona” ən bahalı klubdur İspaniyanın “Barselona” futbol klubu dünyanın ən bahalı komandası seçilib. Bu Almaniyanın nüfuzlu internet portalı olan Transmarket.de saytının apardığı tədqiqatlardan sonra məlum olub. Belə ki, hazırda Kataloniya klubunda çıxış edən oyunçuların ümumi transfer qiyməti 514 milyon avro təşkil edir. Saytın tərtib etdiyi ən varlı klubların siyahısında ikinci yeri digər ispan klubu, “Barselona”nın əbədi rəqibi, Madrid “Real”ı tutur. Bu ispan nəhənginin varidatı 473,5 milyon avro həcmində qiymətləndirilir.