→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Xarici xəbərlər. İspaniya Hökumətin planı

Hökumət mənzil tikintisi bazarında dərin böhranla mübarizə liə əlaqədar plan açlqlayıb. Həmin plan çərçivəsində ölkədə yeni ev və ya mənzillərin satışına vergi 8 faizdən 4 faizə endirilir. Hökumət bununla həm də tikinti sahəsində yeni iş yerlərinin yaranacağına ümid edir. Qeyd edək ki, Avropa Birliyində ən yüksək işsizlik səviyyəsi İspaniyadadır (20 faiz).
Xəbəri Röyter agentliyi verib.

Danimarka
Rəy sorğusu
Alman sosioloqları Avropanın 14 ölkəsində 15 min adam arasında sorğu keciriblər. Sorğuda məqsəd insanların özlərini xoşbəxt hesab edib, etmədiklərini araşdırmaq olub. Rəyi öyrənilən danimarkalıların 96 faizi özlərini xoşbəxt hesab etdiklərini bildiriblər. Ən aşağı göstərici Rusiyada qeydə alınıb. Bu ölkədə yalnız 37 faiz insan özünü xoşbəxt adlandırıb.
İnformasiyanı BBC yayıb.

ABŞ
İstismara icazə verildi
"Boinq" şirkəti yeni 747-8F yük təyyarəsinin istismarına icazə alıb.Təyyarənin uzunluğu 76,3 metrdir. O, 8130 kilometr məsafə qət edir. Ekspertlərin fikrincə, bazarda 747-8F-in rəqibi olmayacaq.
Məlumatı CNN verib.

Bred Pitt prodüser olacaq
Məşhur kino aktyoru Bred Pitt "Vaşinqton,qulların paytaxtı" tarixi filminin prodüseri olacaq. Film Solomon Nortrapın 1853-cü ildə yazdığı "12 illik qul həyatı" memuarları əsasında ekranlaşdırılır.Pitt bildirib ki, o coxdan ABŞ-dakı quldarlıq quruluşu haqqında film çəkmək istəyirdi.
Xəbəri Assoşieyted Press agentliyi verib.

Braziliya
Gənclər arasında dünya çempionu
Braziliya yığma komandası futbol üzrə gənclər arasında dünya çempionu olub. Onlar finalda Portuqaliya komandasını 3:2 hesabı ilə udublar. Turnirin finalı Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilb. Məlumatı CNN verib.

Rusiya
Astronomiya konqresi
Kazanda beynəlxalq astronomiya konqresi keçirilir. Forumda 16 ölkədən tanınmış alimlər iştirak edirlər. Konqresin mövzusu Günəş sistemi planetləri və onların peyklərinin tədqiqinin fundamental məsələləridir.
İnformasiyanı RİA "Novosti" verib.

Hazırladı: Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

23 Avgust 2011, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS