→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Xarici xəbərlər (05.02.2012)

Yunanıstan
Nazirin açıqlaması

Rusiya müxalifəti Moskvada 100 minlik mitinq keçirmişdir

APA-nın Moskva müxbiri xəbər verir ki, 2011-ci ili dekabrın 4-də keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edən Rusiya müxalifəti fevralın 4-də Moskvanın Bolotnı meydanına 100 min nəfərdən çox insan toplaya bilmişdir.

Senator Natali QULE: Qanun həm diplomatik, həm də hüquqi baxımdan Fransa üçün qəbuledilməzdir

Fransa parlamentində qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul edilməsi həm diplomatik, həm də hüquqi baxımdan Fransa üçün qəbuledilməzdir.

Suriyada dinc aksiya iştirakçılarına artilleriya atəşi açılması nəticəsində 217 nəfər həlak olmuşdur

Suriya ordusu Xoms şəhərində kütləvi qırğın törətmişdir. APA-nın məlumatına görə, ordu birləşmələrinin dinc kütləyə artilleriyadan atəş açması nəticəsində ən azı 217 nəfər ölmüş, 600 nəfər yaralanmışdır.

Rusiya B.Əsədin hakimiyyətdən kənarlaşdırılmasına razı deyil

BMT Təhlükəsizlik Şurası (TŞ) Suriyada Prezident Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı qətnamə qəbul edə bilməyib. Buna səbəb Rusiyanın TŞ üzvlərini veto hüququndan istifadə edəcəyi ilə hədələməsidir.

Xarici xəbərlər (04.02.2012)

Almaniya
Mərkəzin yeri müəyyənləşdi

Yoram KOEN: "Son bir il ərzində Türkiyə, Azərbaycan və Tailandda üç ciddi hücumun qarşısı alınıb"

"Son bir il ərzində İsrailin İstanbuldakı baş konsulluğuna qarşı, Bakıda və iki həftə əvvəl Tailandda üç ciddi hücumun qarşısı alınıb".

Misirdə baş vermiş aksiyada ölən və yaralananlar var

Misirdə baş vermiş etiraz aksiyasında 2 nə fər ölüb, 600-ə qədər insan ağır xəsarət alıb. Aksiya iştirakçıları futbol matçı zamanı baş verən insidentin araşdırılmasını tələb ediblər.

Rusiyada NATO-nun xüsusi qərargahı qurulacaq

Rusiyada Əfqanistandan Avropaya daşınacaq yüklərin qəbulu üçün NATO-nun qərargahı qurulacaq.

ABŞ-ın müdafiə naziri: İsrail aprel-iyun aylarında İrana zərbələr endirə bilər

Vaşinqton İsraili İrana qarşı hərbi əməliyyatlardan çəkindirməyə çalışır