→ İDMAN  /  Bütün xəbərlər  /

Azərbaycan idmançıları dünyanın ən güclü idmançıları sırasındadır

Azərbaycan idmançıları dünyanın ən güclü idmançıları sırasındadırlar və Sinqapurda keçirilən yeniyetmələr arasında birinci Olimpiya oyunlarında Azərbaycan himninin beş dəfə səslənməsi buna sübutdur. Bu sözləri jurnalistlərə idman və gənclər naziri Azad Rəhimov bildirmişdir.
Avqustun 28-də Bakıda Sinqapurdan qayıdan Azərbaycan komandasının təntənəli qarşılanma mərasimi olmuşdur. Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli mərasim başa çatdıqdan sonra olimpiyaçılar fəxri maşın karvanının müşayiəti ilə Heydər Əliyev Sarayının qarşısındakı parka gəlmişlər. Burada onlar müstəqil Azərbaycan dövlətinin banisi, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə daim diqqət və qayğı göstərmiş dahi lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoymuşlar.
Azad Rəhimov demişdir: "Mən Azərbaycan idmançılarının Sinqapur Olimpiadasındakı çıxışını yüksək qiymətləndirirəm. Bunu 2012-ci il London Olimpiyadasına hazırlıq işində və ölkəmizdə uşaq və gənclər idmanının inkişafında böyük uğur adlandırmaq olar. Qazanılan qələbələr bütün Azərbaycan xaqlqını sevindirmişdir. Sinqapurda beş dəfə dövlət himnimiz səslənmişdir və Azərbaycan idmançıları bu gün dünyanın ən güclü idmançıları sırasındadırlar. İdmançılarımızın qazandığı 8 medalın beşi qızıl, üçü gümüşdür. Bu, Azərbaycan üçün çox böyük uğurdur". Nazir ölkəmizdə idmanın inkişafına göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirmişdir. O demişdir: "Qələbəmizin rəhni, əlbəttə ki, ölkəmizdə idmana və idmançılara göstərilən qayğı, idman sahəsində bütün qurumların əlaqələndirilmiş şəkildə fəaliyyətinin təmin olunmasıdır".

 

 

29 Avgust 2010, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS