→ SOSİUM  /  Bütün xəbərlər  /

Övlad borcu

Mən həmişə demişəm və öz fikrimin üstündə dururam: Cəbhədə hər bir addım igidlikdir! Tələm-tələsik qazılmış səngərdə düşmənin artilleriya atəşinin sonunu gözləmək özü də igidlikdir...
Ziya BÜNYADOV, Sovet İttifaqı Qəhrəmanı, akademik

Qapını döyüb içəri keçən ağsaqqal verdiyi salamın cavabını gözləmədən soruşdu:
- Bağışlayın, məni dinləməyə vaxtınız olacaqmı?
- Buyurun, - deyib yer göstərdim.
Əyləşdi. Amma diqqətlə təhər-tövrümə baxıb dilləndi:

Zərdabda həyəcanlı günlər

Bütün imkan və səylər təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına yönəldilib
Bu günlər Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin iş otağı, sözün həqiqi mənasında, cəbhə qərargahını xatırladır. Telefonlar susmaq bilmir. Hara, nə vaxt, nə lazımdır? Harada nə çatmır, əlavə canlı qüvvəyə, texnikaya ehtiyac varmı? Tələsik addım səsləri, gələn-gedən insanların bir qədər əsəbi, bir qədər də həyəcanlı görkəmi, nigaran baxışları vəziyyətin o qədər də yaxşı olmadığını göstərir.
İcra başçısının rəhbərliyi ilə keçirilən


Ucarda Qələbə günü qeyd edilib

Faşizm üzərində tarixi Qələbənin 65 illiyi Ucar rayonunda da təntənəli şəkildə qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram"ın icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rayon icra hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq bir sıra silsilə tədbirlər keçirilib. Rayonun bütün məktəblərində, mədəniyyət, səhiyyə ocaqlarında, o cümlədən idarə və müəssisələrində Qələbənin 65 illiyi ilə əlaqədar

Nəsimi rayonunda Qələbə bayramı qeyd edildi

II Dünya müharibəsinin başa çatmasının, faşizm üzərində tarixi qələbənin 65 illiyi ölkəmizdə təntənə ilə bayram edilir.
Qələbə bayramı münasibətilə Nəsimi rayonunda tədbir keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri və müharibə veteranları əvvəl Zorge parkında əfsanəvi kəşfiyyatçı, həmyerlimizin abidəsi önünə əklil və gül dəstələri qoydular. Sonra çay süfrəsi açıldı. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev veteranları bu böyük bayram münasibətilə təbrik etdi və onlara uğurlar dilədi. O bildirdi ki, 65 il əvvəl dünyanı faşizm dəhşətindən


Təbii fəlakətin nəticələri aradan qaldırılır

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir. Müşavirədə Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunmuşdur.
Dövlət başçısı demişdir ki, son günlər ərzində yağan intensiv yağışlar nəticəsində ölkəmiz təbii fəlakətlərlə üzləşmişdır. Qırx rayonun ərazisində subasma halları müşahidə olunur. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalmışdır.

Böyük qələbə döyüş yolumuzdan başlamışdır

Böyük Vətən müharibəsinin şahidləri, şəhidləri və qəhrəmanları heç vaxt unudulmur və hər zaman xatırlanır. Onlar vuruş meydanında şərəfli iz qoyaraq faşizm taunundan xalqları qorumaq, azad etmək üçün canlarını, qanlarını belə əsirgəməmişlər. Bu gün adları mərdlik, cəsurluq simvolu kimi xatırlanan cəbhə yoldaşlarını ananların sayı ilbəil azalır. Azərbaycanda cəmi 4250 nəfər 1941 - 1945-ci illər müharibəsində iştirak edən döyüşçü sağdır. İldə bir dəfə onlar böyük qələbəni bütün xalqımız, dövlətimizlə birgə qeyd edirlər. Dövlət başçımız da onları hər bayram münasibətilə təbrik edir, qəhrəmanlıqlarını qiymətləndirir.


MDB üzrə 1941-1945-ci illər müharibəsi iştirakçılarına dövlət tərəfindən verilən birdəfəlik maddi yardımların ən yüksək məbləği Azərbaycanda qeydə alınmışdır

Mayın 6-da Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sumqayıt şəhər şöbəsində 1941-1945-ci illər müharibəsində Qələbənin 65-ci ildönümü ilə əlaqədar bir qrup Böyük Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilmişdir.
Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirmişdir ki, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən

Dövlət qayğısını əsirgəmir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010-cu il aprelin 22-də "1941-1945 -ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik


Təxirəsalınmaz tədbirlər görülür

27-28 aprel 2010-cu il tarixlərdə yağan güclü leysan yağışları, Kür, Göyçay və Türyançay çaylarında suyun səviyyəsinin həddindən çox artması səbəbindən yaranan təbii fəlakət nəticəsində Zərdab rayonu ərazisində vətəndaşların fərdi yaşayış evlərinə və ictimai binalara ciddi ziyan dəymiş, acınacaqlı vəziyyət yaranmışdır. Şəhər mərkəzində vətəndaşlara məxsus fərdi həyətlərin 80 faizi su içərisindədir.

Binəqədidə Çernobıl əlillərinə maddi yardım edilmişdir

Dünən Binəqədi Rayon İcra Hakimiyyəti aparatında Çernobıl qəzasının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev bildirmişdir ki, 1986-cı il aprelin 26-da Çernobıl AES-in 4-cü blokunda baş verən qəza bəşəriyyət üçün böyük təhlükə idi. Elə buna görə də o dövrdə Sov.İKP MK Siyasi Bürosunda keçirilən iclasda dahi şəxsiyyət Heydər Əliyev faciə barədə dərhal rəsmi və dolğun məlumat verilməsini tələb etmiş, qəzanın aradan qaldırılması məqsədilə görülən işlərin aşkarlıq şəraitində aparılmasının


1 Yanvar