→ SİYASƏT  /  Bütün xəbərlər  /

Strateji Araşdırmalar Mərkəzində "NATO-nun yeni strateji konsepsiyası" mövzusunda "dəyirmi masa"

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "NATO-nun yeni strateji konsepsiyası" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbirdə Fransanın NATO-dakı daimi nümayəndəliyinin siyasət bölməsinin əməkdaşlıq məsələləri və mülki fövqəladə planlaşdırma məsələləri üzrə müşaviri Lor Borqomano məruzəçi qismində çıxış etmişdir.
Toplantıda Şimali Atlantika blokunun yeni strateji konsepsiyası, NATO-nun Cənubi Qafqaz dövlətləri ilə əməkdaşlıq perspektivləri, mövcud təhlükəsizlik sistemində təşkilatın rolu, Alyansın dünyadakı mövqeyi, terrorizmə qarşı mübarizə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

AzərTAc

 

22 İyul 2010, Cümə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS