Mərkəzi Seçki Komissiyası (MSK) yanvar ayından etibarən həyata keçirməyə başladığı ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesini yekunlaşdırmaqdadır. Məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə seçicilərin dəqiqləşdirilmiş daimi siyahısı fevralın 5-dək dairə seçki komissiyalarına (DSK) verilmişdir. DSK-lar isə martın 5-dək seçki dairələri üzrə seçici siyahılarını dəqiqləşdirərək aprelin 5

Avropa Parlamentinin qəbul etdiyi yeni qətnamə də bu faktı sübut edir
Mayın 20-dən bəri bütün dünyanın və xüsusən, Avropanın kütləvi informasiya vasitələrində geniş şəkildə müzakirə edilən bir sənəd - "Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına dair qətnamə" Ermənistanın və onun havadarlarının ciddi narahatçılığına səbəb olmuşdur. Bu sənəd Avropa Parlamenti tərəfindən qəbul edilsə də, belə məzmunlu bir qətnamənin ərsəyə gəlməsində Azərbaycanın xarici siyasətinin, xüsusən, ölkəmizin Avropaya inteqrasiya məsələsində göstərdiyi qətiyyətin də xüsusi

Küveyt Dövlətinin Daxili İşlər Nazirliyinin Mülki Müdafiə Komitəsinin sədri, general Yusif əl-Roudanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, səfərdən əsas məqsəd bu sahədə müvafiq dövlət qurumları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivlərinə dair, habelə qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi olmuşdur.

Avropa İttifaqı keçmiş SSRİ dağıldıqdan sonra öz müstəqilliyini əldə etmiş Cənubi Qafqaz dövlətləri ilə əlaqələrinin gücləndirilməsinə xüsusi əhəmiyyət verir. Analitiklər bu istiqamətdə yaxın gələcəkdə daha mühüm və nəzərəçarpan addımların atılacağını proqnozlaşdırırlar.
Avropa İttifaqının rəhbər orqanları tərəfindən bir sıra layihələrin icrasına başlanılıb. Belə ki, Avropa İttifaqının genişləndirmə məsələləri və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle

Mayın 20-də Avropa Parlamenti Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına dair 2009/2216 nömrəli qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə xüsusi yer verilmişdir.
Qətnamənin "Dağlıq Qarabağ münaqişəsi" bölməsində qeyd olunmuşdur ki, Avropa Parlamenti Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin nizamlanması istiqamətində Moskva Bəyannaməsinin ruhuna uyğun olaraq 2009-cu ildə keçirdikləri 6 görüşdə apardıqları danışıqları dəstəkləyir və tərəfləri problemin sülh yolu ilə aradan qaldırılması istiqamətində qarşıdakı danışıqlar

Azərbaycanın Xarici İşlər Nazirliyi 2010-cu il mayın 20-də Avropa Parlamenti tərəfindən bu qurumun Bolqarıstandan olan üzvü Yevgeni Kirilovun məruzəsi əsasında "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb" adlı qətnamənin qəbul edilməsini alqışlayır.
Avropa İttifaqının Avropa Qonşuluq siyasəti və "Şərq tərəfdaşlığı" kimi təşəbbüslərini dəstəkləyərək Avropa Parlamenti Cənubi Qafqaz ölkələrinin Avropaya inteqrasiyasını

Birləşmiş Ştatlar daxil olmaqla, dünyanın heç bir dövləti qondarma "Dağlıq Qarabağ Respublikası"nı və həmçinin orada mayın 23-də keçiriləcək "parlament seçkiləri"ni tanımır. ABŞ-ın bu rəsmi mövqeyini AzərTAc-a Dövlət Departamentinin rəsmisi bildirmişdir.
Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun münaqişənin dinc yolla nizamlanması üsullarının tapılması səylərini dəstəkləyir. Minsk qrupu həmsədrlərindən biri kimi ABŞ münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanla işləyərək Helsinki Yekun Aktının zorakılıqdan çəkinmə, öz müqəddəratını təyinetmə və

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün aparılan uzunmüddətli danışıqları, keçirilən görüşləri və reallaşdırılan səfərləri nəticəsiz adlandırmaq qətiyyən mümkün deyil. Ortada nəzərəçarpacaq nəticələr vardır. Ancaq Prezident İlham Əliyevin dediyi kimi, bu nəticələr məsələnin nizamlanmasına nail olmaq və razılaşmanın əldə edilməsi üçün kifayət etmir.

Azərbaycan torpaqlarının işğaldan azad olunması bölgəyə daimi sülh gətirəcəkdir. Bu fikri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İstanbulda keçirilən Avropa-Aralıq dənizi Parlament Assambleyasının toplantısında səsləndirmişdir.
Türkiyə xarici siyasət idarəsinin başçısı bildirmişdir ki, rəsmi Ankara Ermənistanla normallaşma prosesinin də gələcəkdə həyata keçəcəyinə inanır. Bu siyasətdə heç bir dəyişiklik yoxdur. Amma buna paralel olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı problemin nizama salınması bölgədə sülhün bərqərar olunması baxımından böyük bir imkan yaradacaqdır.
Əhməd Davudoğlu İranla imzalanmış sazişdən

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Dağlıq Qarabağda keçiriləcək "seçkilər"lə bağlı mayın 21-də bəyanat vermişdir.
Bəyanatda deyilir: "Xatırlatmaq istəyirəm ki, Avropa İttifaqı Dağlıq Qarabağda bazar günü keçiriləcək "parlament seçkiləri"ni qeyri-konstitusion və hüquqazidd hesab edir. Bu hadisə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ziyan vura bilər.
Mən ATƏT-in Minsk qrupuna, onun həmsədrlərinin fəaliyyətinə