→ SİYASƏT  /  Bütün xəbərlər  /

Beynəlxalq ictimaiyyət Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük diqqət yetirir

"Azərbaycan Prezidenti Administrasiyasının rəhbərliyi və müxalifət liderləri ilə seçkiqabağı vəziyyəti müzakirə etdik. Beynəlxalq ictimaiyyət bu məsələlərə böyük diqqət yetirir". Bunu sentyabrın 6-da Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi demişdir.
P.Semnebi seçki kampaniyasının işıqlandırılması və seçicilərin namizədlərin proqramı ilə tanış olması üçün şərait yaradılmasının vacibliyini vurğulamışdır.
Xüsusi nümayəndə əvvəllər olduğu kimi Avropa İttifaqının üzvü olan ölkələrdən müşahidəçilərin ATƏT-in müşahidə missiyasına daxil olacağını bildirmiş, özünün də müşahidəçilər sırasında olacağını istisna etməmişdir.

 

 

 

7 Sentyabr 2010, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS