→ SİYASƏT  /  Bütün xəbərlər  /

Adam STERLİNQ:"Səfirin təyin olunmaması ABŞ-Azərbaycan əməkdaşlığına mənfi təsir göstərməyəcək"

"ABŞ-ın Azərbaycanda səfirinin hələ də təyin olunmaması bizim əməkdaşlığımıza mənfi təsir göstərməyəcək. Biz əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətimizi davam etdiririk".
APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq demişdir.
"Biz də səfir təyinatını gözləyirik. Ümid edirik ki, yaxın vaxtlarda bu təyinat olacaq", - deyə diplomat vurğulamışdır.
Fransanın qeyri-obyektiv mövqeyinə görə ATƏT-in Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılması təklifinə ABŞ-ın münasibəti ilə bağlı suala cavabında A.Sterlinq demişdir: "Türkiyə də, Fransa da ABŞ-ın yaxın dostudur və biz bu ölkələrlə münasibətləri dərinləşdirməkdə davam edəcəyik".
Qeyd edək ki, senat Metyu Brayzanın səfir postuna təyinatını təsdiqləmədiyi üçün o, bu ilin əvvəlində Azərbaycanı tərk edib. Yeni səfir təyinatına qədər A. Sterlinq bu ölkənin müvəqqəti işlər vəkili qismində çalışacaq.

28 Yanvar 2012, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS