→ RƏSMİ XRONİKA  /  Bütün xəbərlər  /

Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

Bakıda səfərdə olan 1982-87-ci illərdə SSRİ Nazirlər Sovetinin katibliyində və 9-cu İdarəsində çalışan əməkdaşlardan ibarət nümayəndə heyəti yanvarın 26-da Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstəsi qoymuşlar. 
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

AzərTAc

 

27 Yanvar 2012, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS