Xətai rayonunda ahıllara ehtiram və qayğını mənəvi borc hesab edirlər

Bu günlər paytaxtın mühüm siyasi tədbirlərə ev sahibliyi etməsinə baxmayaraq, Xətai Rayon İcra Hakimiyyəti bayram günlərinin qeyd olunması  ənənəsinə yenə sadiqlik göstərir. Rayonda 1 Oktyabr Beynəlxalq Ahıllar Gününün təntənə ilə qeyd olunması bunu bir daha təsdiqlədi.

“Mübarək” sarayında bayram süfrəsi arxasında keçirilən builki tədbir Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Zaməddin Əkbərovun təbriki ilə başladı. Z.Əkbərov müharibə və əmək veteranlarından, təqaüdçülərdən və tənha qocalardan ibarət 120-dən artıq toplantı iştirakçısını təbrik edərək bildirdi ki, hazırda Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biri ölkənin yaşlı nəslinin ehtiyac və qayğılarına diqqətlə yanaşmaq, onların sosial müdafiəsini günün tələbləri səviyyəsinə qaldırmaq və rifah hallarının durmadan yaxşılaşdırılmasına çalışmaqdır. 

Natiq Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun adından da rayonun yaşlı sakinlərini bayram münasibətilə təbrik edərək bildirdi ki, qocalara, ağsaqqallara qayğı və ehtiram göstərmək dövlət siyasəti olmaqla yanaşı, həm də məmurların vəzifə borcudur. Buna əməl etməklə biz, xalqımızın uzun əsrlərdən gələn adət-ənənəsini bir mədəni irs kimi qorumuş oluruq. Məhz bu səbəbdən bu bayram bizim üçün daha əzizdir.

Z.Əkbərov sonra dövlətin ahıllara sosial qayğısından, onların hüquqlarının qorunması üçün görülən tədbirlərdən ətraflı danışaraq bildirdi ki, ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu  bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycanın iqtisadi potensialı artdıqca əhalinin bu təbəqədən olan sakinlərinin sosial problemlərinə daha böyük diqqət göstərilir.

Z.Əkbərov qeyd etdi ki, Xətai rayonunda hazırda  yaşlı nəslin 20 minə yaxın nümayəndəsi yaşayır. Rayonun  ictimai-siyasi tədbirlərində, toplantı və yığıncaqlarında onların daim fəallıq göstəridiyini, Əsas Qanunumuza dövlət başçısı tərəfindən təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi günü də aydın gördük. Dövlətçiliyimizin daha da inkişaf etməsində böyük rol oynayacaq bu qanunvericilik islahatının həyata vəsiqə alması üçün ahıllarımız, ağsaqqallarımız seçki məntəqələrinə gələrək qətiyyətli mövqelərini ortaya qoydular.

Sonra Xətai Rayon Ağsaqqallar Şurasının sədri Qurban Əlizadə çıxış edərək bildirdi ki , biz yaşlı nəslə ehtiramın və qayğının ali nümunəsini ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin bütün mərhələlərində görmüşük. Onun qurduğu dövlət bu gün də ahıllara qayğını unutmur və onların problemlərinə çox həssas yanaşır.

El ağsaqqalı respublikada yaradılan əmin-amanlığa, iqtisadi tərəqqiyə və dinamik inkişafa görə, rayonun qocaman sakinləri adından Prezident İlham Əliyevə minnətdarlıq edərək dedi: “Dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın tərəqqisinə və dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən daxili və xarici siyasətinin bu gün alternativi yoxdur. Ona görə də bütün respublika ahılları kimi, Xətai rayonunun qocaman sakinləri də öz prezidentlərini qətiyyətlə dəstəkləyir və bundan sonra da onun yanında olacaqlarını bildirirlər.”

Rəsmi hissədən sonra respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil olunan bayram konsertinin ab-havası, bir anlıq bu yaşlı insanları xatirələrlə dolu gənclik illərinə çəkib apardı. Deyib-gülür, rəqs edir, şənlənir və sözün əsl mənasında yaşamağın dadını çıxarırdılar. Beləcə tədbir axşama qədər davam etdi.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında