Yardımlının kəndlərinə su çəkilir

Dağlar diyarı Yardımlıda əhalinin içməli su ilə təminatı sürətləndirilib. Son vaxtlarda “Sineyir” adlanan ərazidən rayonun beş kəndinə - Osnakəran, Bürzünbül, Bilnə, Vərgədüz və Əfçədulana su xətləri çəkilib. Üç kənddə həcmi 500 kubmetr olan su anbarları tikiib.

Ölkə Prezidentinin sərərəncamı ilə 2600 nəfər əhalinin yaşadığı Urakəran və Zevin kəndlərinin hər birində bir artezian quyusu qazılıb. Aşağı Astanlı və Deman kəndlərində də artezian quyularının qazılması üçün yerlər müəyyənləşdırılib və ilin sonunadək bu kəndlər də təmiz içməli su alacaq. Eyni zamanda, Yolocaq və Separadi kəndlərinin içməli su probleminin həlli ilə bağlı “Meliorasiya və Su Təsərrüfatı” ASC  ilə danışıqlar aparılıb. Viləş çayı hövzəsində, Köryədi kəndi ərazisində inşa olunacaq böyük həcmli su anbarından Qabaqdibi və Köryədi kəndlərinin, Viləş çayı hövzəsində çayın Horonu kəndi ərazisində tikiləcək su anbarından isə Yolocaq və Separadi kəndlərinin içməli su ilə təmin olunması planlaşdırılır. Eyni zamanda, bu sudan əkin sahələrinin suvarılmasında istifadə ediləcək.  

Yardımlı şəhərində əhalinin içməli su ilə təmin edilməsi, şəhərdə kanalizasiya sisteminin yaradılması yönündə də işlər davam edir. İndiyə kimi ümumi uzunluğu 72 kilometr olan su xəttindən 69 kilometri, ümumi uzunluğu 45 kilometr olan kanalizasiya xəttinin 31 kilometri çəkilib, 10 su anbarından 9-unda tikinti işləri aparılır, 283 yanğın hidrantından 162-si, 1250 kanalizasiya quyusundan 1150-si artıq quraşdırılıb. Yardımlı şəhərində yay mövsümündə suların azalmasını nəzərə alaraq Viləş çayının Yardımlı şəhəri ərazisindən keçən hissəsində bir neçə yerdə quyular qazılıb, həmin quyulara nasoslar quraşdırılıb ki, əhali su sarıdan korluq çəkməsin.  

Bu günlərdə isə  magistral su boru xəttindən 2,1 kilometr məsafədə olan Vərov kəndinə su xətti çəkilib və 200 kubmetrlık su anbarı tikilərək istifadəyə verilib. Hazırda rayonun 4 minə yaxın sakini bu sudan istifadə edir.  

Kəndə içməli suyun verilməsi ilə bağlı keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək bildirib ki,  “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə  genişmiqyaslı  infrastruktur layihələri həyata keçirilir. İçməli su, təbii qaz, yol layihələri bölgələrin inkişafına böyük təkan verir və əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olur. İçməli su təchizatının yaxşılaşdırılması ilə bağlı görülən işlər xüsusilə ürəkaçandır. Çətin relyefə malik kəndlərdə bu  problemin birdəfəlik həlli böyük hadisədir. Elə Vərovda istismara verilən su sistemləri kəndin sosial inkişafına böyük töhfədir.

Tədbirdə Milli Məclisin üzvü Musa Qasımlı  və  “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktorunun 1-ci müavini Vəli Həsənov da sakinləri təbrik ediblər. Kənd sakinləri adından Ümidxan İmanov  çıxış edərək layihənin reallaşmasına görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıq hisslərini ifadə edib.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında