Kimyaçıların tibbi sığortası genişlənir

“Azərikimya”da işçilərə tibbi sığorta xidməti genişlənir Birliyin struktruna daxil ilan idarə və müəssisələrin rəhbərlərinin, müvafiq şöbələrin rəislərinin, həmçinin “Paşa Sığorta” ASC-nin, “Premium Assist Group” MMC-nin və Sumqayıtda fəaliyyət göstərən özəl klinikaların baş həkimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə 2013-2016-cı illər ərzində kimyaçılara göstərilmiş tibbi sığorta xidmətinin bütün detallarını özündə əks etdirən təqdimat diqqətə çatdırılıb.

İştirakçılara könüllü tibbi sığortadan istifadə, müraciətlərin sayı və çeşidi, klinika-xəstə münasibətləri, tibbi xidmətin vəziyyəti ilə bağlı keçirilmiş sorğunun nəticələri, irad və təkliflər, aradan qaldırılmış problemlər haqqında geniş məlumat verilib, həmçinin “Kimyaçı” poliklinikası rəhbərliyinin sözügedən məsələlərə münasibəti dinlənilib.

Sonra Sumqayıt şəhərində fəaliyyət göstərən  “Real”,  “Unikal”, “Şəfqət” və  “Qəlb” klinikalarının fəaliyyətini əks etdirən videoçarx təqdim olunub. “Paşa Sığorta” ASC-nin və “Premium Assist Group” MMC-nin məsul işçiləri iştirakçılara tibbi sığorta xidmətləri haqqında geniş məlumat verib, klinikalarla aparılan işlərdən söz açıblar.

“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev müzakirə olunan məsələlərə  münasibətini bildirib, kimyaçıların sağlamlığının qorunması, keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində sığorta şirkətləri və tibb müəssisələrinin səylərinin artırılmasının, onların birgə əməli fəaliliyyət göstərmələrinin vacibliyini qeyd edib.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında