Azərbaycan Prezidenti əlillərin sosial müdafiəsinə daim diqqət və qayğı göstərir

Mən institutu bitirib Bakı Baş Tikinti İdarəsində mühəndis vəzifəsində işə başlayanda çox böyük ümidlərim vardı. İllər otdükcə səhhətimdə yaranan problemlər məni işimdən də ayırdı, sağlamlığımı da itirdim. İndi birinci qrup gözdən əliləm.

Gözlərimin tutulması ilə əlaqədar bir qədər oturaq həyat tərzi məni başqa problemlərlə üz-üzə qoydu. Ayaqlarım tutulub yeriyə bilməyəndə həkimə müraciət etdim. Mənə xroniki diskogen mənşəli biloma radikuliti toksiki ağrı sindromu diaqnozunu qoydular. Getmədiyim müalicə ocağı qalmadı. Müvəqqəti yaxşılaşandan bir neçə ay sonra yenə həmin vəziyyət təkrarlanır, amansız ağrılar mənə rahatlıq vermirdi. Mən Binəqədi Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etdim. Nazirliyin xətti ilə ayrı-ayrı vaxtlarda respublika daxilində Naftalan şəhərində yerləşən “Sehirli naftalan”, Mərdəkandakı “Günəşli” sanatoriyalarında müalicə almışam. Kolyaskada gedib, yeriyərək qayıtmışam.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) tərəfindən hər il yazın əvvəllərində biz əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə  Şəkidəki “Narın qaya”, Lənkərandakı “Palıdlı sahil”, Qəbələdəki “Duyma” istirahət mərkəzlərinə göndəriş verilir. Nazirliyin Binəqədi rayon ƏƏSMM tərəfindən bayramlarda maddi yardım alırıq. Müayinə və müalicəmiz dövlət hesabına aparılır.

Fiziki sağlamlıqlarını itirmiş şəxslər və əlillər nazirlik tərəfindən hər il ölkəmizin hüdudlarından kənara, həmçinin, Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərilir. Bu il mən də Türkiyəyə göndərilənlərin siyahısında idim. Qeyd edim ki, bizi orada hədsiz sevgi və hörmətlə qarşıladılar. Biz Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində bərpa-müalicə kursu keçdik. Həmin müəssisədə Dənizli bölgəsinin təbii müalicəvi resurslarından və innovativ texnologiyalardan geniş istifadə olunmaqla, əlilliyi olan şəxslərin reabilitasiyası, çətin sağalan ayrı-ayrı xəstəliklərin müalicəsi istiqamətində səmərəli tibbi-fizioterapevtik üsullar tətbiq olunur. İndiyədək Nobel Tibb Mərkəzinə göndərilən əlilliyi olan şəxslər mərkəzdə aparılan  müalicə kursundan, göstərilən xidmətdən həmişə razı qalmışlar.

Biz – 20 nəfər sağlamlıq imkanlarını itirmiş insan orada beşulduzlu oteldə yerləşdirildik.  Müvafiq xidmətlərə nəzarət etmək, habelə mərkəzin reabilitasiya təcrübəsini öyrənmək üçün nazirliyin bir nəfər həkimi də bizimlə birlikdə Türkiyəyə ezam edilmişdi. Müalicə kursu keçənlərə hər səhər, günorta, axşam olmaqla 3 dəfə keyfiyyətli yemək verilirdi. Özü də əvvəlcədən fikrimizi öyrənir, istəyimizə uyğun yeməklər hazırlayırdılar.   

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsi məsələlərinə xüsusi önəm verməsi, eyni zamanda, əlilliyi olan insanların tibbi-sosial reabilitasiyasına nəzarətinin nəticəsidir ki, ölkəmizdə əlillərin sosial müdafiə tədbirləri uğurla həyata keçirilir, onlar hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Məhz ölkə rəhbərinin bu sahəyə xüsusi diqqət yetirməsi nəticəsində bu sahədə işlər ilbəil gücləndirilir.

Nazirliyin şöbə müdiri Saday Abdullayev bildirmişdir ki, 2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən 265 nəfər bərpa müalicə məqsədilə xarici ölkəyə göndərilmişdir. Buna isə Azərbaycan dövləti  yeritdiyi sosial iqtisadi islahatlar nəticəsində nail olur. Biz, fiziki sağlamlıqları məhdud insanlar Azərbaycan dövlətinə, onun Prezidenti cənab İlham Əliyevə bizə göstərdiyi diqqət və qayğı üçün sonsuz təşəkkür edirik.

Aydın QƏDİMLİ,
Bakı şəhəri,
birinci qrup əlil


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında