Yaralı hərbçilərimiz zəruri sosial müdafiə və bərpa xidmətləri ilə təmin olunacaqlar

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısının alınması zamanı yaralanan və hazırda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbiçilərlə görüşmüşdür.

S.Müslümov onlarla söhbət edərək, yaralıların səhhəti ilə maraqlanmışdır. Hərbi qulluqçular aparılan müalicə işi nəticəsində sağlamlıqlarının tədricən yaxşılaşmaqda olduğunu, sağaldıqdan sonra yenidən hərbi hissələrinə qayıdaraq, Vətənə şərəfli xidmətlərini davam etdirəcəklərini vurğulamışlar. Nazir onlara tezliklə müalicə olunaraq sağlamlıqlarını bərpa etməyi arzulamışdır: “Azərbaycan Ordusu, o cümlədən siz  düşmənin ölkəmizə silahlı təxribatı zamanı əsl rəşadət, qəhrəmanlıq nümayiş etdirdiniz, nəinki bu təxribatın qarşısını məharətlə aldınız, hətta işğal altında olan və hərbi baxımdan strateji əhəmiyyətli bir neçə yüksəkliyi və yaşayış məntəqəsini işğaldan azad etdiniz. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun nə qədər gücləndiyini və bu gün Vətənimizin işğal altında olan hissəsini qısa bir müddətdə işğaldan azad etməyə qadir qüdrətli bir ordu olduğunu siz apardığınız əməliyyatlarla yüksək səviyyədə sübut etdiniz. Buna görə də biz sizlərə minnətdarıq və hər birimiz sizinlə, bütün qəhrəman Azərbaycan hərbçiləri ilə fəxr edirik. Vətənin müdafiəsində qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmiş igid Azərbaycan övladlarının ruhu qarşısında isə baş əyirik”.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yaralı hərbçilərimizin zəruri sosial müdafiə və bərpa xidmətləri ilə təmin olunacaqlarını diqqətə çatdırmışdır. Daha sonra nazirlik tərəfindən müvafiq reabilitasiya vasitələri, o cümlədən əlil arabaları, dirsəkaltı ağaclar, əsalar və s. hospitala təqdim edilmişdir.

Söhbət zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin müvafiq hallarda yaralı hərbçilərin dayaq-hərəkət funksiyalarının bərpası üçün protez-ortopedik məmulatlarla təmin etməyə hazır olduğu qeyd olunmuşdur.

S.Müslümov yaralı hərbçilərimizin tezliklə şəfa taparaq sağalacaqlarına əminliyini ifadə etmişdir: “Bu hospital ən müasir tibbi potensialı, peşəkar həkim personalı ilə seçilir və görürəm ki, yaralı hərbçilərimizin qısa zaman içərisində sağalmaları üçün burada çox səmərəli müalicə işi aparılır”.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında