Suölçən cihazların quraşdırılması sürətləndirilir

“İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli sərəncamından irəli  gələn vəzifələrin icrasına başlanılıb.

Xatırladaq ki, sərəncama əsasən,  əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılıb.

Artıq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  əhali qrupu istehlakçılarının “smart” tipli suölçən cihazlarla təmin edilməsi məqsədilə tender elan edib. Tenderin şərtlərinə görə, sayğaclar Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda quraşdırılacaq. Ümumilikdə sayğaclaşma işləri 36052 həyət, 13948 bina evi üzrə aparılacaq. Sayğacların quraşdırılması işlərinin 2016-cı ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Yeri gəlmişkən, ölkəmizdə istehlakçıların “smart” tipli suölçən cihazlarla təmin olunması işlərinə 2012-ci ildən başlanılıb. 2016-cı il aprelin 1-nə olan məlumata görə, “Azərsu” ASC tərəfindən 417 min 550 “smart” sayğac  quraşdırılıb. Həmin sayğacların 381 min 381 ədədi əhali, 36 min 169 ədədi isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür. Ötən müddətdə Bakı şəhəri və Abşeron yarımadasında 244 min 997, regionlarda isə  172 min 553 ədəd bu tip sayğac quraşdırılıb.

M.YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında