Regionlarda içməli su təchizatı layihələrinin icrası davam edir

 “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib.

“Azərsu” ASC-dən aldığımız məlumata görə, “Qusar şəhərinin su təchizatı və kanalizasiya sisitemlərinin yenidən qurulması” layihəsi  üzrə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində  19,6 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması hesablanıb. Layihə çərçivəsində Qusar rayonunun Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, Xuray və Quba rayonunun  Çartəpə, Orta Xuç, Aşağı Xuç kəndlərində yaşayan 12 min nəfərin də içməli su təchizatı yaxşılaşdırılacaq. Ümumilikdə layihədən 32 min nəfərə yaxın sakin faydalanacaqdır.

Xatırladaq ki, mərhələli şəkildə həyata keçirilən layihənin icrasına 2012-ci ilin aprel ayında başlanılıb. Birinci mərhələdə su mənbəyi kimi seçilən  Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 102 litr və ya sutkada 8813 kubmetr olan drenaj tipli suqəbuledici qurğu tikilib, 17,4 kilometr uzunluğunda magistral su xətti çəkilib. Qusar şəhərini və ətraf kəndləri dayanıqlı su ilə təmin etmək məqsədilə hər birinin tutumu min kubmetr olan üç ədəd su anbarı,  2,8 kilometr uzunluğunda anbarlararası su xətti və yeni xlorator binası inşa olunub.

Layihənin ikinci  mərhələsində isə Qusar şəhərində su və kanalizasiya şəbəkələrinin yaradılması nəzərdə tutulur. Şəhər üzrə layihələndirilmiş 103 kilomter içməli su  şəbəkəsinin 71  kilometrlik hissəsi inşa edilib, 2711   ünvana  birləşmə verilib. Hazırda su şəbəkəsi ilə paralel olaraq şəhərdə kanalizasiya infrastrukturu da yaradılır. Layihədə nəzərdə tutulan 106 kilometr kanalizasiya şəbəkəsinin 93 kilometrlik hissəsində işlər yekunlaşıb, 4685 ünvana birləşmə verilib.

Qusar şəhərində yaranacaq çirkab suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 70 min kubmetr layihələndirilən  çirkab sutəmizləyici qurğuda təmizlənəcək. Tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə inşa edilən kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Bu qurğuda  Qusar şəhəri ilə yanaşı, Quba və Xaçmaz şəhərlərinin də tullantı suları təmizlənib zərərsizləşdiriləcəkdir.

Yeri gəlmişkən, “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”  çərçivəsində Qusar şəhəri ilə yanaşı, Naftalan, Xaçmaz, Xızı, Qobustan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Hazırda bu şəhərlərdə tikinti-quraşdırma işləri davam etdirilir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında