Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimat mərasimi olmuşdur

Fevralın 9-da - Naxçıvan Muxtar Respublikasının yaranmasının 92-ci ildönümündə muxtar respublika Ali Məclisində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Hərbi xidmətlərə görə” və “Fövqəladə hallar orqanlanrında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin, 2014-2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə mükafatların təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət mükafatlarına layiq görülmələri və Naxçıvan Muxtar Respublikasının 92-ci ildönümü münasibətilə təltif olunanları, onların timsalında muxtar respublika əhalisini, muxtar respublikanın inkişafında, sərhədlərinin və sabitliyin qorunmasında xidməti olanları təbrik edərək demişdir: Naxçıvan Muxtar Respublikası öz inkişaf mərhələsinə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində çatmışdır. Ulu öndərin Sovetlər Birliyi dövründə ölkəmizə rəhbərliyi zamanı Azərbaycan Konstitusiyasında Naxçıvan diyarı muxtar respublika kimi, müstəqillik illərində isə muxtar dövlət kimi təsbit olunmuşdur.

Ali Məclisin sədri demişdir: Bu gün ulu öndərin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişafa qovuşmuşdur. Ölkəmizin inkişafı sözdə və rəqəmlərdə deyil, həyata keçirilən tədbirlərdə, real işlərdədir. Bu işləri həyata keçirənlər isə Azərbaycan Respublikasının vətəndaşlarıdır. Çalışdıqları sahələrdə öz fəaliyyətləri ilə fərqlənən, ölkəmizin inkişafına töhfə verən insanların əməyi isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu gün təltif olunanlar da müxtəlif sahələrdə öz əməkləri ilə fərqlənən, nümunə göstərən insanlardır.

Ali Məclisin sədri təltif olunanların bundan sonra da ölkəmizin inkişafına töhfə verəcəklərinə əminliyini bildirmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.

Sonra Ali Məclisin sədri Azərbaycan Respublikasının orden və medallarının, eləcə də Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.

Təltif olunanlardan Suliddin Əliyev, Sahib Həsənov, Şakir Ağalarov, Nurlan Həsənov, Vüqar Məmmədov və Yeganə Məmmədova minnətdarlıq edərək demişlər ki, bu gün ölkəmizdə, eləcə də muxtar respublikada bütün sahələr inkişaf etdirilir, geniş quruculuq işləri aparılır, sosial islahatlar həyata keçirilir. İstər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndində insanların yaşaması və işləməsi üçün hərtərəfli şərait yaradılmışdır. Dövlətimizin ali mükafatlarına layiq görülmək təltif olunanların hər birinin qurub-yaratmaq əzmini artırır. Bundan sonra da ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq ölkəmizin inkişafı və tərəqqisi naminə səylə çalışacağıq.

Daha sonra Ali Məclisin sədri 2014-2015-ci tədris ilində “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olmuş Culfa şəhəri 2 nömrəli, Naxçıvan şəhəri 14 nömrəli və Ordubad rayonu Aşağı Əylis kənd tam orta məktəblərinə, eləcə də “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş 5 müəllimə mükafatları təqdim etmişdir.

Naxçıvan şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Seymur Xudanov, Ordubad rayonu Aşağı Əylis kənd tam orta məktəbinin direktoru Vidadi Quliyev, “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən Tahirə Qasımova mükafata layiq görülmələrini ölkəmizdə təhsilin inkişafına göstərilən qayğının daha bir ifadəsi kimi dəyərləndirmiş, bundan sonra da savadlı və vətənpərvər gənclərin yetişdirilməsi yolunda səylə çalışacaqlarını bildirmişlər.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında