Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə sakinlərlə görüş keçirib

Kürdəmir rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə S.Müslümov ötən dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində ölkəmizin uzunmüddətli sosial-iqtisadi tərəqqisinin stimullaşdırılması üçün güclü əsasların formalaşdığını vurğulayıb, son 12 ildə 3,4 dəfə iqtisadi artımın əldə olunduğunu, milli iqtisadiyyata 200 milyard dollar investisiyanın qoyulduğunu, respublikada özəl sektorun və regionların inkişafı, müasir infrastrukturun yaradılması, aqrar sahənin canlanması şəraitində iqtisadiyyatın şaxələndirilməsi proseslərinin uğurla həyata keçirildiyini bildirib.

Bu proseslərin dövlətin güclü sosial siyasəti ilə müşahidə olunduğunu vurğulayan nazir qeyd olunan dövrdə əhalinin gəlirlərinin 7 dəfə, adambaşına gəlirlərin 6 dəfə, orta aylıq əmək haqqının 5,6 dəfədən çox artdığını, 70 mindən çox müəssisə və 1,5 milyon iş yeri açılmaqla əmək bazarında sabitliyin əldə edildiyini, rifah səviyyəsinin yaxşılaşdırılması sahəsində əldə olunan digər uğurları diqqətə çatdırıb. Qeyd edib ki, ƏƏSMN tərəfindən bu dövrdə 112663 aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı, 463 min nəfərədək şəxs aylıq və birdəfəlik sosial müavinətlə, 54,6 min nəfərdən çox insan Azərbaycan Prezidentinin aylıq təqaüdü, 15 min nəfər səyyar və stasionar şəkildə sosial xidmətlərlə təmin edilib. Həmçinin keçən il 400 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-LİFAN” markalı minik avtomobili, 281 müharibə əlilli və şəhid ailəsinə mənzil verilib. Gözdən əlil şəxslərə 132 mənzilli, dövlət uşaq müəssisələrini bitirən və valideyn himayəsindən məhrum kimsəsiz gənclərə 120 mənzilli yaşayış binası təqdim edilib.  S.Müslümov eyni zamanda, nazirliyin xətti ilə 13,5 mindən çox şəxsə bərpa müalicə və protez-ortopedik xidmətlər göstərildiyini, 265 nəfərin xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərildiyini, 13,6 min nəfərdən çox əlilliyi olan şəxsin və şəhid ailəsinin birdəfəlik maddi yardımla, 5,2 min nəfərə yaxın əlilliyi olan şəxsin sanator-müalicə müəssisələrinə və sağlamlıq-istirahət mərkəzlərinə yollayışlarla təmin olunduğunu bildirib. Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin müəyyən qədər artdığı nəzərə alınaraq, ölkə başçısının sərəncamı ilə bu sosial yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 20 milyon manat ayrıldığını qeyd edib.

S.Müslümov sosial müdafiə tədbirlərinin Kürdəmir rayonunu da əhatə etdiyini, müvafiq təbəqələrdən olan rayon sakinlərinin pensiya, sosial müavinət və təqaüdlərlə, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin edildiklərini bildirib. Nazir, həmçinin rayonda müharibə əlilləri və şəhid ailələri üçün hazırda 8 fərdi yaşayış evinin tikilməkdə olduğunu, müharibə əlilləri və onlara bərabər tutulanların dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edildiklərini, bu sosial müdafiə tədbirlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyini qeyd edib.  Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin regionların inkişafına diqqət və qayğısı nəticəsində Kürdəmir rayonunda da tikinti, quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını, yeni müəssisələrin və iş yerlərinin açıldığını vurğulayıb.

Rayon ictimaiyyətinin nümayəndələri əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərdən, xüsusən son vaxtlarda bu məqsədlə fərman və sərəncamların imzalanmasından, aztəminatlı ailələrə dövlət qayğısının artırılmasından, yeni iş yerlərinin yaradılması üçün həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Rayon sakinləri sosial müdafiə sahəsinə yüksək diqqət və qayğı göstərdiyinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında