Ötən il 430 yaşayış məntəqəsinə təbii qaz verilib

Son illər dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin qaz təsərrüfatının inkişaf etdirilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması və təchizat şəbəkəsinin əsaslı təmiri sahəsində mühüm tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, qaz təsərrüfatı üzrə göstəricilər ilbəil artır, əhalinin və sənayenin “mavi yanacaq”la təminatında ciddi dönüşə nail olunur.

Yola saldığımız 2015-ci ildə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində təxirəsalınmaz işlər görülüb. Həyata keçirilmiş konkret tədbirlər nəticəsində istehlakçıların “mavi yanacaq”la təminatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə 12 min 225 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb. Bununla yanaşı, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 519 kilometr qaz kəməri əsaslı təmir edilib. İl ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində 430 yaşayış məntəqəsi qazlaşdırılıb.

2016-cı il yanvarın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 milyon 811 min 309-a çatdırılıb.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında