Cəmiyyətimiz üçün faydalı mütəxəssislər olmağa çalışmalıyıq

Son günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir-birinin ardınca imzaladığı əmək haqlarının və sosial müavinətlərin artırılması haqqında fərman və sərəncamlar ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha sübut etdi. Dövlət başçısı son illərdə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən və manatın devalvasiyaya uğramasından sonra ölkədə yaranmış çətinliklər şəraitində də hər bir vətəndaşın yanında olduğunu, hər bir vətəndaşın Prezidenti olduğunu bir daha əməli işlə təsdiq etdi.

Dünyanı bürümüş və Azərbaycandan da yan keçməmiş iqtisadi və maliyyə böhranı şəraitində dövlət büdcəsindən maliyyələşdirilən idarə və təşkilatlarda çalışanların əmək haqlarının, eləcə də əmək pensiyalarının və sosial müavinətlərin artırılması birbaşa ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına yönəldilmiş cəsarətli addım oldu. Bunu Prezidentin özü də etiraf etdi. Bildirdi ki, devalvasiya və inflyasiyanın baş verdiyi ölkələrin heç birinin təcrübəsində belə hal olmayıb. Amma Azərbaycan Prezidenti öz xalqının dünyadakı proseslər üzündən qarşılaşdığı çətinlikləri yüngülləşdirmək üçün belə bir addım atdı.

Təbii ki, Azərbaycan dövlətinin rəhbəri əhalinin bir sıra digər kateqoriyaları kimi, tələbələrə də daim qayğı göstərib. Ölkənin sosial-iqtisadi inkişafının ayrı-ayrı mərhələlərində onların təqaüdləri artırılıb. Bu gün təkcə ali məktəblərə yüksək ballarla daxil olmuş gənclərə verilən Prezident təqaüdünün həcminin kifayət qədər yüksək olması onlara dövlət qayğısının bariz nümunəsidir. Manatın devalvasiyasından sonrakı dövrdə də dövlət başçımız tələbələrin təqaüdlərinin artırılmasını vacib hesab etdi. Artıq fevralın 1-dən etibarən aldığımız təqaüdlərin məbləği 10 faiz artacaq. Cənab Prezidentin bu addımı, şübhəsiz ki, bizi sevindirdi və təhsilimizi daha səylə davam etdirməyə həvəsləndirdi. Əgər ölkənin bugünkü çətin dövründə dövlət rəhbərimiz bizə bu qədər qayğı və diqqət göstərirsə, biz tələbələr də buna layiqincə cavab verməyə borcluyuq.  Borcumuz isə ondan ibarətdir ki, dərslərə lazımınca davamiyyət göstərək, təhsilimizi müasir dövrün tələbləri səviyyəsində başa vuraraq cəmiyyətimiz üçün faydalı mütəxəssislər olaq və ölkə iqtisadiyyatının bu və ya digər sahəsində çalışaraq dövlətimizin inkişafı üçün bilik və bacarığımızı ortaya qoyaq. Bütün tələbələr adından hörmətli Prezidentimizi əmin etmək istəyirəm ki, onun etimadını layiqincə doğrultmağa çalışacağıq.

Məhəmməd NAMİQOĞLU,
Bakı Dövlət Universitetinin tarix
fakültəsinin birinci kurs tələbəsi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında