Lənkəran: əhali ilə görüşlər qarşılıqlı inamı gücləndirir

Yerlərdə əhali ilə müntəzəm görüşlərin keçirilməsi, adamları narahat edən məsələlərin öyrənilib həll olunması idarəetmənin mühüm şərtidir. Lənkəranda bu vacib amil daim diqqətdə saxlanır. 

Şəhər rəhbərliyi həftənin bir neçə günü səyyar qəbul və görüşlər keçirməklə sakinlərin qayğıları ilə yaxından maraqlanır. Elə son bir ay ərzində ölkədə həyata keçirilən anti-böhran tədbirləri ilə bağlı ayrı-ayrı ərazilərdə görüşlərdə icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, xidmət bölmələrinin rəhbər işçiləri və minlərlə sakin iştirak edib. Liman şəhərində, Sütəmurdov kənd inzibati ərazi dairəsində təşkil edilən görüşlər müsbət nəticələr verib.

 Rayon rəhbərliyinin növbəti belə görüşləri Lənkəran şəhərində, Şilavar, Digah, Gərmətük və Şürük kəndlərində olub. İcra hakimiyyətinin başçısı Taleh Qaraşov ötən il Azərbaycanda nail olunan dinamik inkişafdan danışaraq uğurların dünyanı bürüyən iqtisadi böhran şəraitində əldə edildiyini  vurğulayıb. O, qeyri-neft sektorunun inkişafına göstərilən diqqətin ölkənin neft gəlirlərindən asılılığının azaldılmasına istiqamətlənmiş uğurlu siyasət olduğunu bildirib. Qeyd olunub ki, devalvasiya ilə əlaqədar Prezident İlham Əliyev ölkə əhalisinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini möhkəmləndirmək məqsədilə xüsusi tapşırıqlar verib. Əhalinin müxtəlif təbəqələrinin əməkhaqlarının, pensiya və müavinətlərin artırılması, zəruri ərzaq məhsullarının qiymətlərinin tənzimlənməsi, süni qiymət artımına yol verənlərin ciddi cəzalandırılması mühüm anti-böhran tədbirləri kimi diqqətə çatdırılıb.

T.Qaraşov deyib ki, antiböhran proqramı tezliklə öz müsbət nəticəsini göstərəcək.

Süni qiymət artımının qarşısı qətiyyətlə alınır, bu sahədə nəzarət gücləndirilir. İstehlakçıların hüquqlarının qorunmasında hər bir sakin yaxından iştirak etməli, ictimai nəzarət komissiyasına köməklik göstərməli, aşkara çıxarılan nöqsanlar barədə qaynar xəttə operativ məlumatlar verilməlidir. Devalvasiyanı maksimum səviyyədə itkisiz keçirmək məqsədilə dövlətin anti-böhran tədbirlərində cəmiyyət birlikdə çalışmalı, hamı əlbir olmalıdır.  Sakinlər Prezidentin davamlı diqqəti ilə Lənkəranın sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən razılıq ediblər. Eyni zamanda dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq  ölkə rəhbərliyinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı gördüyü tədbirləri razılıqla qarşıladıqlarını bildiriblər. Qiymətlərin artdığını bəhanə gətirərək bəzi şəxslərin sabitliyi pozmağa cəhd etmələrini də kəskin tənqid ediblər. Natiqlər cənab İlham Əliyevin anti-böhran tədbirlərini alqışlayıb, bunların ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına yönəlmiş   siyasətin tərkib hissəsi olduğunu söyləyiblər.

 İcra hakimiyyətinin başçısı T.Qaraşov vətəndaşların şəxsi müraciətlərini də dinləyərək onların həlli ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verib. 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında