“Avropanın gənclər paytaxtı”na yeni taksilər gətirilib

Gəncənin 2016- cı ildə rəsmi olaraq “Avropanın gənclər paytaxtı” elan olunması nəinki bu qədim şəhərin, eləcə də respublikamızın həyatında mühüm hadisədir. İndi Nizami yurdu şəhərə üz tutacaq xarici qonaqları qəbul etməyə hazırlaşır.

Bu istiqamətdə daha bir yenilik həyata keçirilib. Belə ki, şəhərin küçələrində “Gəncə Avropa Gənclər Paytaxtı-2016" loqolu taksilərə rast gəlmək olur. Naxçıvan Avtomobil zavodunda istehsal olunan “Lifan” avtomobilləri “Gəncə AGP-2016” loqoları ilə bəzədilərək Nizami yurduna göndərilib. Hazırda şəhərdə fəaliyyət göstərən bu cür taksilərin sayı 6-dır. Gələcəkdə onların sayının artırılması nəzərdə tutulub.

Zavodun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov deyir ki, Gəncənin gözəlliyi bütün sahələrdə olduğu kimi, nəqliyyat xidməti sahəsində də olmalıdır. Ona görə də hər cür tələbata cavab verən müasir taksilərin şəhərdə fəaliyyətinə geniş imkanlar yaradılır. Tezliklə belə taksilərə taksometrlər quraşdırılacaq və qonaqların işini asanlaşdırmaq üçün “Çağrı mərkəzi” yaradılacaqdır.

Qeyd edək ki, Gəncədə yeni taksi xidməti ilə məşğul olmaq istəyənlər 11 min 500 manat ödəməklə və ya ilkin 2000 manat, ayda 361 manat olmaqla 3 il müddətinə hissə- hissə ödəməklə “Naz Lifan” taksiləri əldə edə bilərlər.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında