“Günəşli”də xəsarət alanlardan 22 nəfəri yenidən müayinələrə cəlb olunub

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alan vətəndaşlardan həmin gün ümumilikdə Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasına 31 müraciət daxil olub.

Vəziyyəti yaxşı olan 22 nəfər təkrar müayinələrə cəlb olunması şərti ilə ambulator yardım göstərilərək evə buraxılıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri almış 1 nəfərə sarğı qoyulduqdan sonra Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun da vəziyyəti ağır stabildir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanası baş direktorunun müavini Nadir Mehdiyev  deyib.

Onun sözlərinə görə,  “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən 8 nəfərin səhhəti sabitdir. Onlar palatalara köçürülüblər. Xəstələrin həyatı üçün təhlükə yoxdur. O qeyd edib ki, dekabrın 6-da daha bir xəstə - 1976-cı il təvəllüdlü İsmayıl Mehdiyev ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, lakin özünü pis hiss etdiyindən yenidən xəstəxanaya qaytarılıb. Xəstəxanada olanda biz ona təklif etmişdik ki, burada qalsın. Ancaq o, təkidlə evə istədiyindən, getməsinə razılıq verməyə məcbur olduq. Hazırda səhhətində ciddi problem yoxdur.

N.Mehdiyev  bildirib ki, xəstəxanadan evə buraxılan 22 nəfər bu gün yenidən müayinələrə cəlb olunublar. Artıq onlardan 14 nəfəri müayinə olunub. Onlardan 1 nəfərini ürəkbulanma diaqnozu ilə xəstəxanada saxlamaq məsləhət görülüb. Həmin şəxsin heç bir həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, bu gün SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Mərkəzi Neftçilər Xəstəxanasına baş çəkərək xəsarət alanların  vəziyyəti ilə maraqlanıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında