Cəlilabadın kəndləri qazlaşdırılır

Bu il avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Cəlilabada tarixi səfərindən sonra rayon həyatının bir çox sahələrində olduğu kimi, yaşayış məntəqələrinin qazlaşdırılmasında da xüsusi canlanma yaranıb. Belə ki, avqust ayında rayonun Adnalı və Sabirabad, sentyabrda Cəfərxanlı, oktyabrda isə Şıxlar kəndlərinə təbii qaz verilib. 

Bu günlərdə isə regional inkişaf Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq Cəlilabadın daha yeddi yaşayış məntəqəsi “mavi yanacaq”la təmin edilib. 1000 nəfərə yaxın əhalinin yaşadığı Şiləvəngə kəndinin qazlaşdırılması üçün 18 kilometrdən çox müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı xətlər çəkilib, yaşayış məntəqəsində 230 sayğac, bir o qədər də tənzimləyici quraşdırılıb.

Şiləvəngə kəndindən başqa, ümumilikdə, 775 abonenti olan Babalı, Abazallı, Şabanlı, Qasımbəyli, Təklə və Abişabad kəndləri də birpilləli sistem əsasında çəkilən 75 kilometrlik qaz xətləri ilə ümumi şəbəkəyə qoşulub.

Təbii qaz verilən kəndlərdə keçirilən açılış mərasimlərində rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edib. Prezident İlham Əliyevin tapşırığı ilə Cəlilabadda sosial layihələrin uğurla yerinə yetirildiyini söyləyən natiq kənd və qəsəbələrin qazlaşdırılmasının bunun bariz nümunəsi olduğunu bildirib. Qeyd olunub ki, bu ilin əvvəlində rayonun 15-dən çox yaşayış məntəqəsinə təbii qaz verilib və hazırda bu istiqamətdə işlər davam etdirilir. İlin sonunadək daha 24 kəndə “mavi yanacaq” verilməsi nəzərdə tutulur. Ev təsərrüfatları qazla təchiz olunan kəndlərin sakinlərini təbrik edən natiq onlara ən xoş arzularını bildirib.

Mərasimdə çıxış edən sakinlər, ağsaqqallar və ziyalılar əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və onların sosial məsələlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında