Xətai rayonunda müəllimə dərin hörmət və ehtiram var

Xətai Rayon İcra Hakimiyyətinin tədbirlər planında daimi yer almış  Müəllim  Günü ənənəyə uyğun olaraq yenə böyük təmtəraqla qeyd olundu.

Rayon ictimaiyyətinin tanınmış simalarının iştirakı ilə  keçən bayram şənliyinin rəsmi hissəsini icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, sözün əsl mənasında, özü böyük müəllim olan ulu öndər Heydər Əliyev müəllim zəhmətini daim yüksək qiymətləndirmiş və bu zümrədən olan insanlara həmişə diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli liderin bu sahədəki irsi dövlət başçımız cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilir.

Razim Məmmədov  qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən strateji tədbirlər tədris ilinin yekununda yüksək nəticələrin əldə olunmasına zəmin yaratmışdır.

Natiq  Xətai rayon məktəblərinin simasında əldə olunan nəticələrdən söz açaraq bildirdi ki, son bir neçə ildə rayonumuz təhsil sahəsində böyük nailiyyətlərə imza atmışdır. Ötən tədris ili də istisna olmamışdır. 2014-2015-ci tədris ilində təhsilini başa vuran 2600 şagirddən 2367 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş və 1576 nəfəri və ya 66,58 faizi yüksək nəticə göstərərək ali məktəbə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunan məzunlarımızın 227 nəfəri 500-600, 85 nəfəri 600 - 650, 40 nəfəri isə 650 - 700 bala qədər nəticə göstərmişdir.

R.Məmmədov həmçinin qeyd etmişdir ki, 650 baldan yuxarı nəticə göstərən 40 məzun rayonun 19 məktəbinin yetirməsidir. Ümumiyyətlə, 2014-2015-ci tədris ilində məktəbi qızıl medalla bitirmiş 5 məzunumuzun hər biri yüksək nəticə göstərərək ali məktəblərə qəbul olmuşdur. Respublika üzrə Azərbaycan Prezidentinin təqaüdünə layiq görülən 102 tələbənin 6 nəfəri Xətai rayon orta məktəblərinin məzunlarıdır. 

İcra başçısı ali məktəblərə qəbul faizinə görə fərqlənən məktəbləri qeyd edərək bildirdi ki, 287 saylı  Zəkalar liseyi, 147 saylı Texniki-Humanitar  Lisey, Heydər Əliyev Liseyi, Humanitar təmayüllü məktəb lisey, 261 saylı məktəb-lisey və sairləri  xüsusilə seçilmiş və ön sıralarda qərarlaşmışlar. Bu məktəblərin  89 məzunu dünyanın müxtəlif ali məktəblərinin tələbəsi adını qazanmışdır.

R.Məmmədov ötən tədris ilinin uğurları sırasında 138 saylı məktəbin şagirdlərinin respublika səviyyəsində keçirilən “Şahinlər” hərbi idman oyunlarında 3-cü dəfə qalib olmalarını da xüsusi qeyd etdi.

Müəllimləri səmimi qəlbdən təbrik edən natiq bildirdi ki, bütün bunlar, heç şübhəsiz, müəllim adını daim yüksək tutan  bizim rayonun 37 orta ümumtəhsil məktəbinin pedaqoji kollektivlərinin gərgin və fədakar əməyinin  nəticəsidir. Müəllim əməyi sözün əsl mənasında, Vətənimizin gələcək inkişafına yönələn yüksək xidmətin bir nümunəsidir. Cəfakeş, fədakar müəllimlərimizin elmimizin, mədəniyyətimizin, iqtisadiyyatımızın, incəsənətimizin inkişafındakı rolu dövlətimiz, ölkə rəhbərimiz tərəfindən daim yüksək qiymətləndirilib və biz də yerlərdə bunu davam etdirməyi özümüzün ümdə vəzifələrimizdən biri saymışıq.

R.Məmmədov daha sonra qeyd etdi ki,  hörmətli Prezidentimizin sərəncamı ilə  2014-2015-ci tədris ilində rayonumuzun   2 müəllimi “Tərəqqi” medalı ilə təltif olunmuş,

1 müəllimimiz isə “Əməkdar müəllim” adına layiq görülmüşdür. 

Natiq son illər Xətai rayonunda aparılan məktəb tikintisi və məktəblərin  əsaslı təmiri barədə də ətraflı məlumat verərək bildirdi ki, Dövlət proqramlarına əsasən son bir neçə ildə rayondakı 37 orta ümumtəhsil məktəbindən 31-i əsaslı təmir olunmuş, 55 və 194 saylı məktəblər sökülərək əvəzində yeni və müasir məktəb binası tikilmişdir.

Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov çıxış edərək bildirdi ki, “müəllim peşəsinin dünyanın ən şərəfli peşəsi olduğunu desəm, mənə elə gəlir bunun əksini isbat edən çətin tapıla. Bu zalda elə bir adam tapmaq çətindir ki, onun müəllimləri haqqında xoş xatirələri olmasın. Ümummilli lider Heydər Əliyev kimi böyük düha siyasi fəaliyyətinin olimpində belə müəllimlərini unutmadı və onlarla görüşə getdi. Mən də müəllim adını daşıdığıma görə həmişə böyük qürur hissi keçirmişəm”.

Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti adından əməkdə fərqlənmiş və yüksək nəticələr əldə etmiş məktəblərin müəllimləri, 650 baldan yüksək nəticə göstərən rayon orta məktəblərinin məzunları və “Şahinlər” hərbi idman oyunlarının qalibləri  qiymətli hədiyyələr, pul mükafatları və fəxri fərmanlarla təltif olundular.

İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında