Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri ilə görüşü olub

Sankt-Peterburqda keçirilən Avrasiya Qadınlar Forumu çərçivəsində Təşkilat Komitəsinin sədri, MDB Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran  Hüseynova ilə görüşü olub.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Avrasiya Qadınlar Forumunun təşkilati tərəfi ilə bağlı məsələlər müzakirə olunub, həmçinin qadınlara qarşı zorakılığa dair qanunvericilik və hüquq-mühafizə təcrübələrin mövzusuna toxunulub.

Valentina Matviyenko vurğulayıb ki, hazırda bir çox dövlətləri narahat edən gender siyasəti, kişilər və qadınlar arasında bərabər hüquqların təmin edilməsi, ailə dəyərlərinin, anaların və uşaqların müdafiəsi, eləcə də sülhün və təhlükəsizliyin saxlanılmasında qadınların rolunun artırılmasında bizim yaxşı imkanlarımız var.

O, həmçinin qeyd edib ki, ayrı-ayrı ölkələr arasında mövcud problemlərin həlli yalnız sülhün bütövlükdə bərqərar olduğu halda ola bilər.

H.Hüseynova bildirib ki, Avrasiya Qadın Forumunu ən mötəbər tədbirlərdən biri hesab etmək olar. O, həmçinin Rusiyanın müxtəlif sahələrdə əldə etdiyi uğurları qeyd edərək, qadınların ictimai həyatda iştirakını, siyasi və iqtisadi problemlərin həll olunmasında eləcə də müxtəlif qadın hərəkatlarının müsbət təcrübəsini öyrənərək onlardan faydalanmağını xüsusilə vurğuladı.

Bundan başqa, H.Hüseynova, müasir şəraitdə qadın hərəkatının əhəmiyyətini qeyd edərək, gələcəkdə bu təcrübənin davamlılığını təmin etməyə və Avrasiya Qadın Forumu kimi mötəbər tədbirlərin keçirilməsinə hazır olduğunu bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında