Qazaxıstanla mədəni əlaqələr genişlənir

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beibit İssabayev ilə görüşüb.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.

Nazir ötən il Azərbaycana gələn turistlərin sayında 20 faiz artımın olduğunu qeyd edib. Bildirib ki, Qazaxıstandan gələn turistlərin sayı 37 min nəfərə yaxın olub.

Görüş zamanı, həmçinin  Astana şəhərinin 20 illik yubiley tədbirlərində Azərbaycanın təmsil olunması, 2019-2020-ci illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Səfir səmimi qəbula görə minnətdarlığını bildirib.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında