Bakı şəhəri üzrə Novruz bayramı təqvimi

Novruz bayramı ərəfəsində Bakı şəhəri ərazisində keçiriləcək Novruz tədbirləri  bir neçə  yerdə təşkil olunacaq.

Beynəlxalq Novruz gününə həsr olunmuş ümümxalq şənliyi  İçərişəhər və Bulvar ərazisində keçiriləcək. Şənlikdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhval-ruhiyyəsi yaşadacaq.

Mart 19-da İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Novruz Bayramı festivalı keçiriləcək.

Bu  festivalda Azərbaycanla yanaşı, bu bayramı qeyd edən ölkələrin nümayəndələri də iştirak edəcəklər.

Festival çərçivəsində Qoşa Qala Qapısı meydanında "Meydan Bazarı" təşkil olunacaq. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdiyi "Meydan Bazarı"nda hər bir ölkənin mədəniyyətini əks etdirən videofilmlər, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri sərgilənəcək.

Martın 24-dən 26-dək "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçiriləcək.

Fəvvarələr Meydanında da  Novruz Festivalı   keçiriləcək. Bu festival çərçivəsində yeddi gün ərzində Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox kollektivin iştirakı  ilə  konsert proqramı təqdim ediləcək.

Sənətkarlar öz əl işlərini nümayiş etdirəcək, milli mətbəxin nümunələrini dadmaq imkanı yaradılacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcək.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında