“Amazon” ukraynalı mütəxəssislərin çalışdığı startapı alır

ABŞ-ın "Amazon" online ticarət şirkəti baş ofisi Kaliforniyada yerləşən "Ring" startapını satın alır. Nə az, nə çox, milyard dollara.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Ring" müşahidə kameraları və "ağıllı" zənglər istehsalçısıdır. Texnoloji məhsullar, o cümlədən obrazların tanınması texnologiyası Ukraynanın paytaxtı Kiyevdə hazırlanır. Kiyevdəki  R&D (Research & Development) mərkəzində 300-dən çox mühəndis çalışır. Mərkəz bir neçə nəfərlə fəaliyyətə başlayıb və sürətlə böyüyüb.

"Ring" daha öncə 209 milyon dollar sərmayə cəlb edib. Şirkətin bazar dəyəri 760 milyon dollar həcmində qiymətləndirilir.

"Amazon" - "Ring" sövdələşməsinin məbləği açıqlanmır. "Reuters" bunun 1 milyard dollar təşkil edəcəyini xəbər verib.

 

İ.Əmənullayev,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında