İsveç alimləri elmə məlum olmayan dil kəşf etmişlər

İsveç dilçi-alimləri Malayziya yarımadasındakı kəndlərdən birində sakinlərin ünsiyyətdə üstünlük verdikləri və elmə məlum olmayan yeni  dil kəşf etmişlər. Çox maraqlıdır ki, bu dildə  alqı-satqı ilə bağlı, həmçinin sivilizasiyanın məhsullarının adını ifadə etmək üçün  heç bir söz və ifadə yoxdur.

Bir çox analitiklərin məlumatına görə, hazırda dünyada 6-7 mindən çox dil  mövcud olsa da, onların yalnız  6 faizi geniş yayılmaqdadır. Qalan dillərin 94 faizi isə ölmək üzrədir. Bu gün bir çox beynəlxalq təşkilatlar bəşəriyyətin bu mədəni irsini qoruyub saxlamaq üçün tədbirlər və metodlar işləyib hazırlayırlar.

Qloballaşma prosesinin belə  qurbanlarından biri də, İsveç alimləri tərəfindən Malayziyanın  400 nəfərə qədər sakini olan Sunqay Rual kəndində kəşf etdikləri cedek dili ola bilər. Linqivistlərin sözlərinə görə, kəndlilərlə  cahay dilində ünsiyyət qurmağa çalışarkən elmə məlum olmayan, başqa dialektə aid olan və cahay dilində rast gəlinməyən söz və ifadələr nəzərə carpmışdır.

Cedek dilində belə bir fakt diqqəti çəkir ki, bu dildə  şəxsi mülkiyyətlə, cinayətlərlə və məhkəmələrlə, həmçinin maliyyə fəaliyyətilə bağlı ifadələr yoxdur. Bir çox alimlər hesab edirlər ki,  belə bir dilin yoxa çıxması  bəşəriyyəti daha yeknəsək edəcək və kasıblaşdıracaq.

 

Hazırladı:
Səadət Rzayeva,
"Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında