Türkiyə Prezidenti Ərdoğan Vatikana səfər edib

Türkiyə Prezidenti Ərdoğan Vatikana səfər edib.

APA-nın “TRT Haber”ə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Ərdoğan Roma Papası Fransisklə görüşüb.

Ərdoğanın Vatikanda digər rəsmilərlə də görüşü nəzərdə tutulub.

Görüşlərdə Türkiyə-Vatikan münasibətləri, Qüds məsələsi, regional problemlər, Suriyada yaşanan hadisələr, terrorla mübarizə kimi mövzular müzakirə olunacaq.

Vatikandakı görüşlərdən sonra isə Ərdoğan Romada İtaliya prezidenti Sergiyo Mattarella ilə görüşəcək.

Qeyd edək ki, Ərdoğanın bu səfəri 59 illik fasilədən sonra Türkiyədən Vatikana prezident səviyyəsində edilən ilk ziyarət hesab olunur.

Vatikanı ziyarət edən ilk Türkiyə prezidenti isə Calal Bayar (1959-cu ildə) olub.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında