Azərbaycan səfiri Pakistanın “The News” qəzetinə müsahibəsində ölkələrimizin əlaqələrinin inkişafından danışıb

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin “The News” qəzetinə müsahibə verib.

müsahibədə Əli Əlizadə Azərbaycan və Pakistan arasındakı münasibətlərin möhkəm əsaslar üzərində qurulduğunu qeyd edib. O, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

İki ölkə arasındakı əməkdaşlıqla bağlı sualları cavablandıran səfir Azərbaycanla Pakistan arasında bütün sahələr üzrə münasibətlərin qurulduğunu bildirib. Səfir Pakistan vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil aldıqlarını, eləcə də Bakı Dövlət Universitetində urdu dili fakültəsinin fəaliyyət göstərdiyini və azərbaycanlı tələbələrin də urdu dilini öyrəndiyini, hər il Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində təhsil, səhiyyə müəssisələrində bir sıra humanitar və sosial layihələrin həyata keçirildiyini bildirib.

Ə.Əlizadə Pakistanla müdafiə sənayesi, təhlükəsizlik, ticarət-iqtisadi, kənd təsərrüfatı, turizm, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb, bununla belə real potensialın daha çox olduğunu qeyd edib. Səfir 2017-ci il ərzində ticarət-iqtisadi və kənd təsərrüfatı sahələrində iki birgə işçi qrupunun təsis edildiyini, məhsulların qarşılıqlı ixracı, birgə müəssisələrin yaradılması, mövcud nəqliyyat dəhlizlərinin imkanlarından istifadə etməklə ikitərəfli ticarət həcminin artırılmasının mümkün olduğunu, Azərbaycanın yeni yaradılmış sənaye və texnologiya parklarında sahibkarların müxtəlif vergi imtiyazlarından yararlandığını diqqətə çatdıraraq pakistanlı iş adamlarını bu imkanlardan faydalanmağa dəvət edib.

Ölkəmizə səfər edən pakistanlılarla bağlı suala cavab verərkən səfir bildirib ki, Azərbaycan çox yaxşı turizm infrastrukturuna, zəngin tarixi, mədəni və təbii irsə malikdir, bu da öz növbəsində dünyanın bir çox yerlərindən turistləri ölkəmizə cəlb edir. O qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Pakistan vətəndaşları üçün də viza prosedurları sadələşdirilib. Səfir deyib: “Ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinə, eyni zamanda, Azərbaycanda mövcud olan infrastruktur, sabitlik və sadə viza rejiminə görə 2017-ci ildə ölkəmizə gələn pakistanlı turistlərin sayı beş dəfədən çox artıb”.

Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) ilə bağlı suala cavabında Əli Əlizadə Azərbaycanın Avropa və Asiya arasında körpü rolunu oynadığını, böyük İpək Yolu üzərində yerləşən nəqliyyat dəhlizləri ilə bağlı layihələr həyata keçirdiyini, Pakistanı da bu layihələrə qoşulmağa dəvət etdiyini və eyni zamanda, ölkəmizin CPEC layihəsinə qoşulmaq üçün dəvət olunduğunu söyləyib.

Səfir Bakı-Tbilisi-Qars layihəsinin başa çatdırılmasından sonra Azərbaycanın tranzit ölkə olaraq əhəmiyyətinin daha da artdığını, hazırda icrası davam edən Şimal-Cənub və Şərq-Qərb tranzit dəhlizlərinin tam istifadəyə verilməsindən sonra yeni imkanların açılacağını vurğulayıb. İkitərəfli münasibətlərin inkişafında KİV-in oynaya biləcəyi rolla bağlı fikirlərini bölüşən səfir müasir dövrdə KİV-in əlaqələrdə önəmli rolunu vurğulayıb. O, mətbuatın Pakistan ilə Azərbaycan arasında mövcud münasibətləri, potensialı və imkanları işıqlandırmaqla qardaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verə biləcəyini diqqətə çatdırıb.

Qulu Kəngərli,
 AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında