Azərbaycan “Dünyanın ən yaxşı ölkələri” siyahısında 5 pillə irəliləyib

ABŞ-ın "U.S. News & World Report" jurnalı 2018-ci il üçün "Dünyanın ən yaxşı ölkələri"nin siyahısını tərtib edib.

APA-nın xəbərinə görə, Azərbaycan siyahıda 64-cü yerdə qərarlaşıb.

Ötən il reytinqdə 69-cu olmuş Azərbaycan bu il 5 pillə irəliləyib.

Siyahıya İsveçrə başçılıq edir.

Növbəti yerləri Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutur.

ABŞ 2017-ci ilə nisbətən bir pillə geriləyərək 8-ci olub.

Türkiyə ötən il olduğu kimi, bu il də siyahıda 36-cı sıradadır.

Postsovet ölkələrindən Rusiya siyahıda 26-cı, Latviya 59-cu, Ukrayna 69-cu, Qazaxıstan 70-ci, Belarus isə 72-ci yerdədir.

Digər postsovet ölkələri, o cümlədən Gürcüstan və Ermənistan 80 ölkənin yer aldığı siyahıya düşə bilməyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında