İtaliya mətbuatı Ro-Ro yeni terminalının açılışından yazıb

Son dövrdə Azərbaycan iqtisadiyyatının inkişafında baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri onu göstərir ki, ölkəmiz qısa zamanda analoqu olmayan nailiyyətlərə imza atıb. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan regionda ən güclü iqtisadi potensiala malik olan ölkəyə çevrilib. Buna səbəb kimi düşünülmüş, qabaqlayıcı tədbirlər, qanunvericilik bazasının möhkəmləndirilməsi, milli maraqların qorunması istiqamətində atılan cəsarətli addımları, ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını göstərmək olar. Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi aparılan siyasətin tərkib hissəsidir. Prezdent İlham Əliyevin bu günlərdə yeni terminalını istifadəyə verdiyi Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı dünyanın nüfuzlu media orqanlarından sayılan İtaliya mətbuatında geniş işıqlandırılıb. “Trend Online”, “Milano Finanza”, “Oggi Treviso, “Treviso Today”, “Fta Online”, “İrepi”, “Agenzia Nova” və digər kütləvi informasiya vasitələri tərəfindən yayılmış məqalələrdə yeni terminalın əhəmiyyəti barədə söhbət açılır. Həmin məqalələrdə Ro-Ro terminalının yük qəbuletmə qabiliyyətindən və texniki göstəricilərindən bəhs olunur.

Həmçinin həmin yazılarda terminalda logistik əməliyyatların idarə edilməsində İtaliyanın “DBA Group” şirkətinin iştirakı haqqında məlumat da öz əksini tapıb.

İldə 2 milyon ton yük qəbul etmək imkanına malik olan terminalın bütün logistik əməliyyatların idarə edilməsi “DBA Group” tərəfindən yaradılmış Port-Line proqram təminatı ilə həyata keçirilir. Məqalələrdə həmçinin limanda tikilməkdə olan yeni sərnişin terminalının əhəmiyyətindən də söz açılır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının azad ticarət zonası olduğu bildirilir. Bu da istehsalçılar üçün ona şərait yaradır ki, həmin limanı İpək Yolu boyunca müasir təchizat zəncirinin mərkəzi kimi dəyərləndirsinlər. Məqalələrdə o da vurğulanır ki, limanda müasir sistem sayəsində Avrasiya ölkələrini vahid “logistik pəncərə” vasitəsilə birləşdimək mümkün olacaq. Bu da öz növbəsində yüksək dəyərə malik yeni xidmətlərin ortaya çıxması , onların da öz növbəsində yeni bazarların meydana gəlməsinə şərait yaradacaq .

 Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında