İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun saytında Azərbaycan diasporunun fəaliyyətindən bəhs edilib

Dekabrın 30-da İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun saytında “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. Azərbaycan diasporunun fəaliyyət strategiyası” sərlövhəli analitik məqalə dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, məqalədə Azərbaycan diasporunun təşəkkülü, inkişaf mərhələləri və fəaliyyət strategiyasından bəhs edilir. 1991-ci il dekabrın 16-da ümummilli lider Heydər Əliyev tərəfindən elan edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amil və dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi təhlil olunur. Dünya azərbaycanlılarının birliyi milli mənafelər və dövlət maraqları kontekstində ortaya çıxan təbii tarixi zərurət kimi qiymətləndirilir. Qeyd olunur ki, diaspor mövzusu Azərbaycan siyasətinin prioritetlərindən biridir. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesi, onların öz milli şəxsiyyətlərini qorumaq, inkişaf etdirmək məsələsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Azərbaycan diasporunun təşəkkülünə və inkişaf mərhələlərinə toxunulan yazıda göstərilir ki, Çar Rusiyasının Qafqazda antimüsəlman və antitürk siyasəti bölgədəki Azərbaycan əhalisinin dominant mövqeyinin qəsdən zəiflədilməsinə yönəlib. 1905-1906-cı, 1918-ci illərdə ermənilər tərəfindən həyata keçirilən soyqırımı, etnik təmizləmə siyasəti belə məkrli strateji niyyətlərin nəticəsidir.

Demokratik respublikanın qurucularının və tərəfdarlarının bolşeviklər tərəfindən təzyiq və təqiblərə məruz qalaraq ölkəni tərk etməyə məcbur olduqları dövr xaricdəki azərbaycanlıların ən kütləvi axınının mərhələlərindən biri kimi xarakterizə edilir.

Analitik araşdırmada Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin statistik məlumatlarına əsasən, dünyada azərbaycanlıların 50 milyondan çox olduğu bildirilir, Amerika, Avropa, Asiya və Afrika qitələrində yaşayan azərbaycanlıların ölkələr üzrə statistikası verilir.

Məqalədə, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin əsas məqsədləri, fəaliyyət mexanizmi və strategiyası öz əksini tapır. Milli düşüncənin, mədəni dəyərlərin qorunması, Azərbaycanın təbliği və dünya ictimaiyyətinin Azərbaycanla bağlı obyektiv məlumatlandırılması istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsinin dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi tədbirlərdən, beynəlxalq forumlardan bəhs edilir. Eyni zamanda, Azərbaycan diasporunun son illərdəki inkişafı, diaspor təşkilatları ilə işin yeni aspektlərindən söhbət açılır. Bildirilib ki, bu gün Azərbaycan diasporu yalnız xaricdəki soydaşlar deyil, yaşadıqları ölkələrdə güclü sosial və siyasi qüvvədir, milli maraqların müdafiə olunmasında bir mövqedir.

Analitik yazıda göstərilir ki, inkişaf potensialı və gücü, Azərbaycan diasporunun da inkişafı ən parlaq perspektivlərə malikdir. Bu perspektiv Azərbaycan dövlətinin, diaspor rəhbərliyinin ölkədə və xaricdə yaşayan azərbaycanlıların vətənpərvər imkanlarını və bacarıqlarını maksimum dərəcədə genişləndirmək məqsədi daşıyan, uzaqgörən və məqsədyönlü bir strategiyadır.

Məqalənin müəllifləri İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun üzvləri–Azərbaycanın İtaliyadakı (Siciliya regionu) konsulu Domeniko Koko, siyasi analitik Domeniko Letizia, BDU-nun tədqiqatçısı Leyla Rəşiddir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında