Türkiyə və Rusiya arasında S-400 komplekslərinin tədarükü üçün kredit sazişi imzalanıb

Ankarada Türkiyə və Rusiya arasında S-400 zenit-raket komplekslərinin tədarükü üçün kredit razılaşması imzalanıb.

APA-nın xəbərinə görə, bu barədə TRT məlumat yayıb.

Qeyd edək ki, Rusiyanın "Rostex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezov Türkiyəyə 2,5 milyard dollar dəyərində 4 divizion S-400 kompleksi satacaqlarını bildirib. Onun sözlərinə görə vəsaitin 55 faizinin ödənişi üçün Rusiya tərəfindən Türkiyəyə kredit veriləcək. Türkiyənin müdafiə naziri Nurəddin Canikli də bir gün əvvəl bütün məsələlər üzrə razılıq əldə olunduğunu açıqlayıb.

Zenit-raket komplekslərinin 2020-ci ilin martından etibarən Türkiyəyə göndərilməsinə başlanacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında