Türkiyə və Yaponiya terrorizmlə birgə mübarizəyə hazırdırlar

İki ölkənin xarici işlər nazirləri Ankarada görüşüblər

Yaponiyanın xarici işlər naziri Taro Kono türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvətilə Ankaraya səfər edib. Nazirlər ikitərəfli əlaqələrin daha da gücləndirilməsi məqsədilə geniş müzakirələr aparıblar. Bu barədə Türkiyədə nəşr olunan “The Daily Sabah Newspaper” qəzeti  məlumat yayıb.   

Qəzetin müxbiri yazır ki, dünən Türkiyə və Yaponiyanın xarici işlər nazirləri mətbuat konfransı keçiriblər. Türkiyənin xarici  siyasət idarəsinin rəhbəri bildirib ki, Ankara və Tokio siyasi, iqtisadi sahələrdə, eləcə də terrorizmlə mübarizədə əlaqələrini gücləndirmək əzmindədirlər.

M.Çavuşoğlu deyib: “2016-cı il 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Yaponiya rəsmi Ankaraya terrorla mücadilədə qətiyyətlə dəstək verən dost dövlətlərdən biridir. Buna görə də Tokioyaya bir daha dərin minnətdarlığımızı bildirirrik”.

Türkiyəli nazir sonra vurğulayıb ki, Türkiyə iqtidarı Fətullah Gülənin başçılıq etdiyi FETÖ terror hərəkatına qarşı kəskin mübarizəsini həm ölkə daxilində, həm də xaricdə davam etdirir. Lakin təəssüf etdiyini gizlətməyib ki, hələ də Yaponiyanın ərazisində FETÖ-nun əlaltıları fəaliyyət göstərməkdə davam edirlər.  Mövlud Çavuşoğlunun sözlərinə görə, bu məsələ Türkiyə və Yaponiya rəsmiləri arasında birbaşa görüşlər zamanı müzakirə olunub. Türkiyə hökuməti bir daha dost Yaponiyaya öz mövqeyini bəyan edib. Türkiyəli nazir deyib: “Biz rəsmi Tokiodan FETÖ və PKK terror təşkilatları ilə mübarizədə dəstək gözləyirik”.

M.Çavuşoğlu yaxın vaxtlarda Türkiyə-Yaponiya Elmi-Texniki Universitetinin yaradılacağı barədə açıqlama verib. O həmçinin ümid etdiyini bildirib ki, Türkiyə və Yaponiya hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2018-ci ildə Sinop vilayətində atom elektrik stansiyasının tikintisinin reallaşdırılması istiqamətində real addımlar atılacaq.

Mətbuat konfransında çıxış edən  Yaponiyanın xarici işlər naziri Taro Kono son illər Türkiyənin regionda rolu və nüfuzunun artdığını qeyd edib. “Gündoğar ölkə”nin rəsmisi vurğulayıb ki, Yaponiya hökuməti dost Türkiyə ilə bütün sahələrdə hərtərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır.

Mətbuat konfransında qeyd olunub ki,  Ankara və Tokio həssas Yaxın Şərq regionunda, o cümlədən Suriyada sülhün və sabitliyin bərqərar olunması üçün ikitərəfli qaydada və beynəlxalq qurumlar səviyyəsində birgə  səylərini artıracaqlar. 

Məsaim HACIXANLI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında