Çin Donald Trampın ittihamlarını təkzib edib

Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çun ölkəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının sanksiyalarından yan keçərək Koreya Xalq Demokratik Respublikasına (KXDR) neft ixrac etməsi barədə ABŞ Prezidenti Donald Trampın ittihamlarını təkzib edib. Bu barədə TASS informasiya agentliyinin məlumatında bildirilir.

Mənbə qeyd edir ki, dekabrın 28-də ABŞ lideri Donald Tramp özünün “Twitter” səhifəsində Pekin və Pxenyan arasında iqtisadi əməkdaşlığının davam etməsindən, əsasən də KXDR-ə neft ixracından məyus olduğunu yazıb. Həmçinin o, “New York Times” qəzetinə müsahibəsində Pekindən KXDR-lə neft ticarətini dayandırmağı tələb edib. O, ÇXR-i ABŞ-a ixrac olunan malların rüsumunu artırmaqla hədələyib.

Xatırladaq ki, çərşənbə günü Cənubi Koreyanın “Çoson İlbo” qəzeti, guya, ABŞ-a məxsus peyklərdən alınan fotoşəkillərə istinad edərək Çin gəmilərinin açıq dənizdə Şimali Koreyaya məxsus tankerlərə neft yüklədiyi barədə məqalə dərc edib. BMT-nin 2375 nömrəli qətnaməsinə əsasən, Şimali Koreyaya açıq dənizdə neft satmaq qadağan olunub.

“Çinə məxsus gəminin oktyabrın 19-da KXDR gəmisinə neft yükləməsi barədə xəbərlərə gəldikdə, biz təhqiqat apardıq. Adıçəkilən gəmi bu ilin avqustundan bəri Çin limanlarında lövbər atmayıb. Bundan əlavə, onun Çin limanlarını tərk etməsi və ya daxil olması barədə heç bir məlumat yoxdur. Həmin gəminin digər ölkələrin limanlarına girib-çıxması bizə məlum deyil. Odur ki, bu məlumatlar həqiqəti əks etdirmir”, – deyə Trampın bəyanatını şərh edən Çin Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.

Xatırladaq ki, dekabrın 22-də BMT Təhlükəsizlik Şurası KXDR-i daha ağır sanksiyalara məruz qoyan yeni qətnaməni yekdilliklə qəbul edib. Sənəddə həmiçinin, yanvarın 1-dən bu ölkəyə  neft məhsulları göndərilməsinin 90 faiz azaldılması nəzərdə tutulur.

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında