“Veysəloğlu” “Asan Könüllüləri” təşkilatı ilə birlikdə astaralı uşaqları sevindirib

“Veysəloğlu” Şirkətlər Qrupu “ASAN Könüllüləri” təşkilatı ilə birlikdə ”ASAN məktub” layihəsini uğurla icra etməkdədir.

Layihənin həyata keçirilməsində əsas məqsəd əhalinin həssas qrupuna daxil olan 4 yaşından 14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə,  Veysəloğlu ilk layihəni Astara rayonunun ucqar yaşayış məntəqəsi hesab olunan Qapıçıməhəllə kəndində reallaşdırıb. Ümumilikdə, 51 uşağın ASAN məktuba ünvanladıqları arzu və istəkləri gerçəkləşdirilərək onlara hədiyyələr təqdim olunb.  Bundan başqa, təqdimetmə mərasimi Yeni il şənliyi ilə davam etdirilib, həmçinin,  tədbirə qatılan digər uşaqlara da bayram sovqatı paylanıb.

Qeyd edək ki, “Veysəloğlu” Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində davamlı olaraq respublikanın bütün bölgələrində “ASAN Könüllüləri” təşkilatı ilə birlikdə ”ASAN məktub” layihəsini davam etməyi planlaşdırır.

 

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında