IDEA Heyvanlara Qayğı Mərkəzində yoqa üzrə ustad dərsi keçirilib

Dekabrın 23-də IDEA Heyvanlara Qayğı Mərkəzində yoqa üzrə ustad dərsi keçirilib. Ustad dərsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib.

IDEA İctimai Təşkilatı və Klassik Yoqa Məktəbi tərəfindən təşkil olunmuş tədbirdə qonaqlar Xatxa-yoqa dərsində olub, yoqa və düzgün qidalanma haqqında xeyli maraqlı məlumatlar əldə edib, vegeterian mətbəxinin nümunələrindən dadıb, eləcə də mərkəzdə saxlanılan heyvanlarla tanış olublar.

Dərs və söhbətləri beynəlxalq diploma və Yoqa Şiromani tituluna malik Elçin Quliyev keçirib. E.Quliyev 2002-ci ildən yoqa ilə məşğuldur. O, 2009-cu ildə Polşadakı Şivananda Yoqa Mərkəzində təlim keçib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında