Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyində Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir

Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyində noyabrın 8-də “9 noyabr – Dövlət Bayrağı Günü” ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov vətəndaşların dövlət rəmzlərinə, dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi haqqında çıxış etmişdir. Qeyd etmişdir ki, üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə qaldırılmış və 23 aydan sonra xarici müdaxilə nəticəsində  endirilmişdir. Daha sonra bu üçrəngli bayraq 70 il sonra – 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində yenidən dövlət bayrağı kimi qaldırılmışdır.

Bəxtiyar Əsgərov bildirmişdir ki, bu bayraq Azərbaycan xalqının vicdan, qeyrət və namus rəmzinə çevrilmişdir. Xalqımız ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bu bayraq altında sıx birləşmiş, onu daha uca zirvələrə qaldırmış, müqəddəslik və şərəf rəmzi kimi üçrəngli bayrağımızın əbədi dalğalanmasına zəmin yaratmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi təsis edilməsi milli bayrağımıza dövlət qayğısının əməli təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhərində Bayraq Meydanı tikilmiş və orada Bayraq Muzeyi yaradılmışdır.

Bəxtiyar Əsgərov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev tərəfindən ilk dəfə Naxçıvan Muxtar Respublikasında 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın Dövlət Bayrağı kimi rəsmən təsdiq edilmişdir. Ulu öndərimizə böyük ehtiramın və onun işıqlı yoluna sədaqətin növbəti nümunəsi kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il noyabrın 17-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 17-si qədim diyarda Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Eyni zamanda, qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2014-cü il avqustun 22-də imzaladığı sərəncama əsasən 2014-cü il noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və muzeyi istifadəyə verilmişdir.

 Tədbir digər çıxışlarla davam etdirilmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında