Düsseldorf Universiteti Azərbaycanın Milli Onkologiya Mərkəzi ilə əməkdaşlıq etməkdə maraqlıdır

Noyabrın 8-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) Düsseldorf Universitetinin uşaq hematologiya, onkologiya və kliniki immunologiya kafedrasının müdiri, eyni adlı klinikanın baş həkimi professor Arndt Borkhardt ilə görüş keçirilib.

professor A. Borkhardt MOM-la tanışlıqdan sonra Mərkəzin baş direktoru, akademik Cəmil Əliyevlə görüşüb. Professor A.Borkhardt vurğulayıb ki, zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan MOM dünyanın ən aparıcı onkoloji mərkəzləri ilə bir sırada dayanır. O qeyd edib ki, hətta Almaniyanın bəzi analoji klinikaları müasir innovativ avadanlıqlara malik Milli Onkologiya Mərkəzi ilə müqayisə belə edilə bilməz.

Görüşün sonunda əməkdaşlığın, kadr mübadiləsinin və birgə elmi işlərin aparılmasının vacibliyini xüsusi qeyd edən qonaq, tez bir zamanda Milli Onkologiya Mərkəzi və Düsseldorf Universiteti arasında əməkdaşlıq haqqında Memorandumun imzalanacağına ümid etdiyini vurğulayıb.

Milli Onkologiya Mərkəzinin muzeyində professor A. Borkhardt xatirə kitabına ürək sözlərini yazdıqdan sonra Mərkəzin Uşaq Klinikasında onu gözləyən xəstələri qəbul edib. Professor MOM-un Uşaq Klinikasında müalicə alan uşaqları və “Həyat” Fondunun prezidenti Hacı Nuran Hüseynov tərəfindən dəvət olunmuş xəstələri müayinə edib.

  AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında