“L’Opinione” qəzeti Bakı-Tbilisi-Qars dəmir yolunu Qafqazda əməkdaşlıq dəhlizi adlandırıb

İtaliyanın “L’Opinione” qəzetində “Il Nodo di Gordio” beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marçilianonun müəllifi olduğu “Bakı-Tbilisi-Qars: yeni Avrasiya üfüqləri” başlıqlı məqalə dərc olunub. Yazıda yenicə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu, onun region ölkələri üçün əhəmiyyəti, Böyük İpək Yolunun reallaşması istiqamətində verdiyi töhfələrdən söz açılır. Yeni dəmir yolunun texniki göstəriciləri barədə danışan müəllif onun iqtisadi faydası ilə yanaşı, strateji və geosiyasi əhəmiyyətə malik olduğunu da bildirir.

Tədqiqatçı Andrea Marçiliano Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirlərinə istinad edərək, bu infrastrukturun neft-qaz və nəqliyyat sahəsində həyata keçirilən digər irimiqyaslı layihələri birləşdirəcəyini, həmçinin Ələt Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini daha da artıracağını və bütün bunların Azərbaycan, Türkiyə və Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu sübut etdiyini vurğulayır.

Müəllif bu üç ölkə arasındakı münasibətlərin keçmiş SSRİ-nin süqut etməsindən sonra dünyanın ən zəngin bölgələrindən biri olan Qafqaz regionunda baş qaldıran və regionun inkişafını ləngidən millətçilik, gərginlik və separatçılıq kimi problemlərin həlli üçün açar rolunu oynadığını bildirərək, Bakı-Tbilisi-Qars dəmir yolunun da regionda sülh, sabitlik və firavanlığın bərpa olunması istiqamətində yeni geosiyasi ox olduğunu qeyd edir.

 Məqalədə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi haqqında məlumat verilərək bildirilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində Ermənistan ərazisinə qədər uzanan dəmir yolu fəaliyyətini dayandırdıqdan sonra 1993-cü ildə ilk dəfə olaraq ideya kimi irəli sürülüb. Bu yolun tikintisi üçün yalnız 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçılarının Tbilisidə keçirilmiş görüşü zamanı qərar verilib və onun həyata keçirilməsi üçün saziş imzalanıb. Yeni dəmir yolunun maliyyələşdirilməsi isə tam olaraq Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilib.

Yazar Bakı-Tbilisi-Qars dəmir yolunu Azərbaycan, Türkiyə və Gürcüstanın müxtəlif sahələrdə həyata keçirdikləri çoxsaylı təşəbbüs və layihələrlə birgə Qafqazda əməkdaşlıq dəhlizi adlandırır. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə görə yeni dəmir yolundan kənarda qaldığını göstərən müəllif bu ölkənin sürətlə Avrasiya nəqliyyat qovşağına çevrilən regionda özünütəcridini gücləndirir.

Müəllif Bakı-Tbilisi-Qars dəmir yolunun Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətinə də toxunaraq, bu xəttin Aralıq dənizindən Çin sərhədlərinə qədər uzanan ərazidə yerləşən bütün türk dövlətləri üçün yeni birgə üfüqlər açdığını qeyd edir, yeni dəmir yolunun Avropa və Çin arasında quru əlaqəsi üçün tələb olunan vaxta əhəmiyyətli qənaət etməyə və nəticə olaraq dünyanın hazırda daha çox Sakit və Hind okeanları hövzəsində cəmləşmiş strateji diqqətinin Aralıq dənizi ölkələri, xüsusilə İtaliyaya qismən də olsa yönəlməsi üçün yeni perspektivlər açmağa imkan verəcəyini vurğulayır.

Məqalənin mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

 http://opinione.it/esteri/2017/11/04/andrea-marcigliano_linea-ferroviaria-baku-tbilisi-kars-erdogan-aliyev/ 

Asiman ƏSƏDOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Roma


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında