Masallıda YAP-ın yaradılmasının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə Masallıda “YAP ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvədir” devizi altında silsilə tədbirlər həyata keçirilir. Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində növbəti belə tədbir “Müasir Azərbaycan dövlətçiliyi tarixində iqtidar partiyasının rolu” mövzusuna həsr olunmuşdur.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyrət edərək önünə tər çiçək dəstələri düzmüşlər. Sonra iclas zalında ümummilli liderin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək bildirmişdir ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, qazandığı böyük nailiyyətlər dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin yaratdığı və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır.Tarixi zərurətdən yaranan bu partiya müstəqilliyimizin qorunması və dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm rol oynayıb. Hazırda YAP üzvlərinin sayı 700 mindən artıqdır. Partiyaya olan bu böyük maraq ulu öndərin ideyalarına sədaqətdən,   cənab İlham Əliyevə olan inam və etimaddan irəli gəlir. Natiq ölkəmizin sürətli sosial-iqtisadi inkişafında və dünya çapında mövqelərinin durmadan möhkəmləndirilməsində iqtidar partiyasının rolunu konkret faktlarla dəyərləndirmişdir.

YAP Masallı rayon təşkilatının şura üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov çıxışında diqqətə çatdırmışdır ki, Azərbaycan xalqı və dövlətinin ciddi sınaqlar qarşısında olduğu bir şəraitdə xalqın istəyi və çağırışı ilə yaranmış flaqman partiyanın milli maraqlara əsaslanan fəaliyyəti sayəsində ölkəmizin əsl müstəqilliyə qovuşduğunu, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunduğunu, milli inkişafın əsasının qoyulduğunu iftixarla qeyd etmişdir. O, 1991-ci ildə Naxçıvanda ulu öndərlə unudulmaz görüşü ilə bağlı xatirələrini söyləmişdir. Masallı Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, YAP rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Əntiqə Tağıyeva, Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov və başqaları iqtidar partiyasının hər bir üzvü kimi Masallı fəallarının da dövlətçiliyimizə, Heydər Əliyevin alternativsiz siyasətinə və bu xətti layiqincə həyata keçirən sevimli Prezidentimiz İlham Əliyevə hər zaman sədaqətli olduqlarını bildirmişlər.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında