Gələcək robotlarındır

2035-ci ilədək dünyada robotların sayı insanlardan daha çox olacaq. Bu fikirləri “Moven” şirkətinin rəhbəri Brett Kinq “Finopolis-2017” innovativ maliyyə texnologiyaları konfransında səsləndirib. Bu barədə “Ria.ru” saytı məlumat yayıb.

Brett Kinq deyib: “Texnologiyanın və süni intellektin sürətlə inkişaf etdiyi XXI əsrdə insanların həyata keçirdiyi işlərin böyük hissəsini robotlar həyata keçirməyə başlayacaq. “Ağıllı” maşınların sayının artması 2035-ci ildə dünyadakı robotların sayının insanların sayını ötməsinə gətirib çıxaracaq “.

Onun sözlərinə görə, robot adı altında dronlar, pilotsuz maşınlar, həmçinin “ağıllı” sənaye texnikaları nəzərdə tutulur. Şirkət rəhbəri mühasib və hüquqşünas peşələri ilə bağlı da müsbət olmayan proqnoz verib. Onun fikrincə, süni intellektli robotlar 20 il çərçivəsində insanları xeyli əhatə edəcək, istehsal və xidmət sahəsində onları rahatlıqla əvəz edə biləcəkdir.

Əfsanə MƏHƏMMƏDLİ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında